Icma.az
close
up
RU
Sabit tarif iqtisadi inkişafa yönəlib Vüqar Bayramov

Sabit tarif iqtisadi inkişafa yönəlib Vüqar Bayramov

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabit tarif mənzil sahibi olan və onu istifadə edən vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq  3 milyon 627 min mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bura mənzillər, fərdi yaşayış və bağ evi və digər əmlak növləri daxildir. 

Deputat nəzərə çatdırıb ki, rəsmi statistikaya əsasən, qeydiyyata alınan mənzil və fərdi yaşayış evlərinin böyük əksəriyyəti bir mülkiyyətçi üzrədir və istifadə olunur. Bu strukturda 1 və daha çox əmlaka malik olan mülkiyyətçilərin sayı yüksək deyil. 

O bildirib ki, say etibarı ilə mülkiyyətçilərin böyük əksəriyyətinin cəmi bir mənzil və ya fərdi yaşayış evi var və sabit tarifin tətbiqi onların böyük əksəriyyətinin ödənişində heç bir dəyişiklik yaratmayacaq. 

"Bu qanunun iqtisadi, sosial və fiskal tərəfləri də var. İqtisadi baxımdan, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, sərmayələrin əmlak bazarında passiv saxlanması arzuolunan deyil. Buna görə də, ABŞ daxil olmaq əksər inkişaf etmiş dövlətlərdə istifadə edilməyən əmlaka görə sabit tariflər tətbiq olunur. Çünki sərmayənin əmlak bazarına deyil, real sektora yönəlməsi iqtisadi inkişafı stimullaşdırılır. Bu eyni zamanda, əmlak bazarındankı qeyri-struktur tələbin qarşısını alır. Belə ki, eyni şəxsin bir neçə mənzilə sahib olması və onları xərcsiz və istifadəsiz saxlaması həm də əmlak bazarında tələb yaradır və bu da qiymət artımlarına səbəb olur. Bu baxımdan, sabit tariflərin əsas iqtisadi hədəflərindən biri sərmayənin passiv saxlanması deyil, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa stimul verməsinə hesablanan hərəkətinə nail olmaq, digəri isə bu sektorda qiymət tarazlığını qorumaqdır".

Bu layihənin fiskal tərəfindən danışan deputat qeyd edib ki,  kommunal xidmətləri təchiz edən qurumlar yaşayış binalarınadək ümumi şəbəkəni qururlar və bu da büdcədən bu istiqamətə ayırma olmaqla müəyyən fiks xərc deməkdir. Amma əgər həmin binada mənzillərin müəyyən hissəsi alınıb istifadə olunmursa o şəbəkə rentabelli olmur və gəlir deyil, amortizasiya, saxlanma daxil olmaqla əlavə xərc yaradır. Bu isə dövlət büdcəsi üçün əlavə fiskal yük deməkdir.

"Layihənin sosial tərəfi ondadır ki, bir və daha çox mənzil olan və onlardan istifadə etməyənlərin ödədiyi sabit tarif dövlət büdcəsinin enerji sektoruna subsidiyaların həcmini azalda bilər. Bu isə o deməkdir ki, büdcə vəsaitlərinə bu istiqamət üzrə qənaət edilməsi, həmin vəsaitlərin başqa proqramlarına, o cümlədən sosial sferaya yönəldilməsinə imkan verə bilər. Bu isə sosial təminat baxımından arzuolunandır".


Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri