Icma.az
close
up
RU
İrəvan sülhü yubadır, iqtisadi dividentləri itirir Vüqar Bayramov

İrəvan sülhü yubadır, iqtisadi dividentləri itirir Vüqar Bayramov

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Qafqazda sülh gündəliyinin daha da möhkəmlənəcəyi gözlənilsə də son dövrlər rəsmi İrəvanın prosesi yubatması müşahidə edilir".

"AzPolitika" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Nikol Paşinyanın 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti ilə bağlı açıqlaması Ermənistanın yaxın zamanlarda institutlaşmış sülhdə maraqlı olmamasından xəbər verir:

"Digər tərəfdən isə Ermənistan yeni Konstitusiyasının layihəsinin hələ də geniş ictimaiyyətə təqdim edilməməsi də yaxın zamanlarda dayanıqlı sülhün əldə olunması ilə bağlı xeyli tərəddüdlər yaradır. Azərbaycan isə beynəlxalq norma və prinsiplərə uyğun milli maraqlara əsaslanan sülh siyasətini davam etdirir. Azərbaycan regionda sülh gündəliyinin davam etdirilməsində maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib. Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir. Bunlar ölkəmizin sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edir".

Vüqar Bayramovun sözlərinə görə, bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır:

"İqtisadi əlaqələrdə ən vacib elementlərdən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) tikintisi üçün tenderlər barədə heç bir məlumat yoxdur və podratçının kim olacağı bəlli deyil. Göründüyü kimi, Ermənistanın institutlaşmış sülhə hazır olmaması TRİPP-in tikintisinin də yubanmasına gətirib çıxarır. Region üçün vacib bu layihənin reallaşmasının yubanması ilə İrəvan əslində özünü iqtisadi dividentlərdən mərhum edir. Belə layihələrin reallaşması fundamental qərarlar və qətiyyətli hərəkətlər tələb edir. Razılaşdırılmış gündəliyi dəyişdirmək ümidi ilə bölgədə yeni düzəni gözləmək isə nəinki TRİPP-in tikintisini yubadar, bütövlükdə sülh gündəliyinə olan etimadı daha da sarsıda bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri