Icma.az
close
up
RU
Sabitlik artıq dəbdən düşüb TƏHLİL

Sabitlik artıq dəbdən düşüb TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Ümid edirik ki, ölkəmizdə milli maraqların qorunmasına, həmçinin dövlət və xalqın rifahına xidmət edən araşdırmalar hələ də aparılır. Ənənəvi sistemləri sel kimi yuyub aparan internet və dünyada cərəyan edən mürəkkəb proseslər fonunda gözüyumulu addımlamaq milli dövlətçiliyin aqibəti ilə qumar oynamaq kimidir. Bəli, “idxal” olunan inkişaf ilə ola bilsin ki, hansısa sahədə müəyyən bir müddət uğur əldə etmək mümkündür, ancaq bu növ inkişaf dayanıqlılığı əsla təmin edə bilməz. Dünyada geriyə dönməz proseslər sürətlə inkişaf edir. İradəmizdən asılı olmayaraq müasir dünya artıq qlobaldır. Hər an yeniləşən rəqəmsal texnologiyalar isə lokallaşmanı sanki mümkünsüz edir. Müasirlik və miqyas naminə “təngənəfəs qaçaraq” virtual dünyaya daxil olmaqla əslində iradəmizin şərti açarlarını könüllü şəkildə tanımadığımız ögey adminə vermiş oluruq.

Bu sözləri AZƏRTAC-a açıqlamsında politoloq Asif Adil söyləyib.

O deyib: “Sonsuz sayda mənbələrdən gələn fasiləsiz informasiya axını müasir insanın başını elə qatır ki, o əsasən müxtəlif təfərrüatlar barəsində düşünməyə macal tapır. Mühüm proses və təzahürlərin əsl mahiyyət və səbəbləri isə diqqətdən qaçır. Sadəcə, funksional biliyin tirajlanmasına fokuslanmış təhsil sistemləri isə mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Təsadüfi deyil ki, müasir dövrdə hətta “inkişaf” anlayışının məzmunu belə tədricən dəyişir. Dünyada yaşanan sərt rəqabət mühiti isə gənc və müstəqil dövlətlərin inkişafı üçün zaman tanımır. Əksinə onların asılılığını artırmaq üçün geosiyasi təzyiq daha da güclənir. Odur ki, bu cür məsələlərdə romantizm yolverilməzdir.

Məhz beynəlxalq “təzyiq” kontekstində, ilk növbədə, yada düşən məfhum əlahəzrət “ikili standartlar siyasətidir”. Sözügedən məfhumun müasir beynəlxalq münasibətlər sistemini xarakterizə edən əsas siyasi təzahürlərdən olduğunu isbat etmək üçün hətta bəsit statistik təhlillərin aparılması belə yetərlidir. Bəli, “ikili standartlar” siyasəti, ilk növbədə, təzyiq və manipulyasiya alətidir. Şahidlik etdiyimiz bəzi proseslərə istinadən deyə bilərik ki, sözügedən təsbit artıq təkzibolunmazdır. “İkili standartlar” ifadəsi gündəlik siyasi ritorikaya daxil olmaqla adiləşib və bu ifadə ilə bağlı cəmiyyətin ictimai təfəkküründə zamanında yaşanan emosiyalar da əsaslı şəkildə yumşalıb. Bunun nəticəsində də hansısa xoşagəlməz hadisə yaşanan zaman “bu ikili standartlar siyasətinin məhsuludur” kimi sözləri deyib kifayətlənirik”, - deyə A.Adil vurğulayıb.

Politoloqun fikrincə, mövcud sahədə aparılan təhlillərdə, sadəcə, statistik göstəricilərin müəyyən olunması ilə özümüzü məhdudlaşdırmasaq, görə bilərik ki, “ikili standartlar” siyasəti, sadəcə, təzyiq aləti deyil. Sözügedən siyasət növü qlobal proses və tendensiyaları hərəkətə gətirən universal mexanizmə çevrilib. Müasir beynəlxalq münasibətlər sistemində yaşanan “ikili standartlara” həkimlər diabetə yanaşmağı tövsiyə etdikləri kimi yanaşmaq lazımdır. Yəni sözügedən siyasət beynəlxalq münasibətlər sisteminin xəstəliyi deyil, onun yaşam tərzidir. Bəli, dünyada müşahidə olunan tendensiyalara istinadən isbat edə bilərik ki, sabitlik dəbdən düşüb və statik vəziyyət dünyanın “super gücləri” üçün artıq sərf etmir. Necə ki, əyləclərə növbə ilə sığmaqla velosiped hərəkətə gətirilir, eləcə də “ikili standartlar” vasitəsilə beynəlxalq münasibətlərdə müəyyən tendensiyalar təhrik olunur. Odur ki, “ikili standartlar” yaxın perspektivdə müasir dünyanın qaçılmaz reallığıdır. Diqqətdən onu da qaçırtmaq olmaz ki, hər bir konkret halda sözügedən şərti “əyləcləri” sıxan tərəf həm beynəlxalq təşkilatlar, həm konkret ölkələr də ola bilər. Dəqiq olan odur ki, mütləq şəkildə “əyləcləri” sıxan ən azından bir tərəf olmalıdır.

O əlavə edib ki, Prezident İlham Əliyev öz rəsmi çıxış və müraciətlərində sözügedən məsələyə dəfələrlə işarə edib və müvafiq mesajlarını da ötürüb. Bu dəfə də sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman dövlət başçısı xüsusilə vurğulamışdı: “İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır.” Odur ki, bəli sabitlik artıq dəbdən düşüb və bizim dövlət, cəmiyyət və ayrı-ayrılıqda hər bir fərd olaraq yeganə çıxış yolumuz sözün bütün mənalarında yalnız güclü olmaqdadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri