Icma.az
close
up
RU
İki qonşu ölkənin birliyinin tövhəsi: SABİTLİK VƏ İNKİŞAF TƏHLİL

İki qonşu ölkənin birliyinin tövhəsi: SABİTLİK VƏ İNKİŞAF TƏHLİL

Icma.az bildirir, Sia Az portalına istinadən.

İki qonşu ölkənin, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinin dərin tarixi kökləri olduğu bəllidir. Ölkələrim arasında çox yaxşı, çox mehriban münasibətlər hələ bundan öncə də olub və dəfələrlə öz bəhrəsini də verib, yenə də öz bəhrəsini verməkdədir. Xüsusən də, enerji və nəqliyyat tranziti sahəsində birgə təşəbbüslər göz önündədir. Unutmaq lazım deyil ki, əvvəla, məhz həmin tranzitin, sinerjinin Cənubi Qafqaz regionunu beynəlxalq biznes üçün açıq effektiv biznes platformasına çevirməsi təkzibedilməzdir. Digər tərəfdən də, nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan və Gürcüstan olmaqla, bu iki qonşu ölkə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır və bu reallığı nəinki avropalılar, elə bütün dünya ictimaiyyəti də yaxşı bilir. Yaxşı bilir ki, Cənubi Qafqazda iki qonşu ölkənin birliyi fonunda hər iki ölkə üçün etimad mühiti, sabitlik, inkişaf özünü göstərir və daha böyük ümidlərə əsas verir.

Dövlət başçımızın ölkələrimizi birləşdirən çoxsaylı investisiya layihələrinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırması təsadüf deyil

Sözsüz ki, Azərbaycanın və Gürcüstanın birgə nəqliyyat və enerji layihələri vasitəsilə uzun illər sıx bağlı olduğu da günümüzün reallığıdır. Bunu da təkzib etmək olmaz ki, hər iki ölkənin ərazisindən neft və qaz tranzit boru kəmərləri şəbəkəsi keçir və bağlılıq artıq uzun illərdir mövcuddur. Sirr də deyil ki, Gürcüstan limanlarında neft, yanacaq və neft-kimya məhsullarının daşınması üçün terminallar tikilib və bu terminallar vasitəsilə Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələrindən xammal Qara dəniz və Orta Asiya ölkələrinin enerji bazarlarına uğurla ixrac olunur. Eyni zamanda, elektrik enerjisinin Türkiyə bazarına ixracını, həmkarının bir sıra Cənubi Avropa ölkələrinə ötürülməsi nəzərdə tutulan layihələrini də Bakı məhz son illərdə Tbilisi ilə tərəfdaşlıq fonunda həyata keçirir.

Ölkəmiz Azərbaycanın məhz Gürcüstanla birgə həyata keçirdiyi neft-qaz layihələrinin, neft-qaz kəmərlərinin, nəqliyyat-kommunikasiya layihələrinin həqiqətən çox böyük əhəmiyyət kəsb etdiyi də bəllidir və bunu subut etməyə də ehtiyac qalmır. Avropalılar özləri belə yaxşı bilirlər və etraf da edirlər ki, hazırda Avropanın enerji təhlükəsizliyi məsələsinin təmin olunması məhz Azərbaycan və Gürcüstansız mümkün belə deyil. “Hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən Gürcüstana təbii qaz ixrac edir”, deyə mətbuata öz həmkarı ilə birgə bəyanatında bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev diqqətə layiq məqamlara məharətlə toxunub. Xüsusən də, nəqliyyat-kommunikasiya sektorunda əldə olunan nailiyyətlərə, yeni dəmir yollarının və limanların tikintisinə diqqəti cəlb etməklə, ölkə rəhbərimiz məhz həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinerjinin yaradılması və Orta Dəhlizinin tərkib hissəsinə çevrilməsini də təsadüfi, eləcə də səbəbsiz olaraq vurğulamayıb. Azərbaycan Prezidenti məhz ölkələrimizi birləşdirən çoxsaylı investisiya layihələrinin həm dövlətlərimiz və xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusilə diqqətə çatdırıb.

Uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın beynəlxalq kontekstdə daha böyük potensiala malik olduğu hamı tərəfindən qəbul olunur

Azərbaycanla Gürcüstanın əməkdaşlığının məhz ikitərəfli səviyyədə çox fəal inkişaf etdiyi diqqətdən kənarda qala bilməz. Bu əməkdaşlığın fəal olmasını təsdiq edən kifayət qədər fakt və arqumentlər var. Xüsusilə, statistik göstəricilər bu reallığı daha aydın şəkildə göstərir və təsdiq edir. Beləki, əgər bu gün Gürcüstanda Azərbaycan kapitallı 650-yə yaxın şirkət fəaliyyət göstərirsə, bunun fəal əməkdaşlıqdan başqa adı ola bilməz. Yaxud da, ümumilikdə Azərbaycan 1995-ci ildən, yəni müstəqilliyini bərpa etdikdən bu günə kimi Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollardan çox sərmayə qoyubsa, deməli, bu özü də iki qonşu ölkə arasında əməkdaşlığın məhz ikitərəfli səviyyədə çox fəal inkişaf etdiyini isbatlayır.

Qoyulan investisiyaların Kulevi limanındakı neft terminalına və digər infrastruktura, eləcə də neft bazalarına və yanacaqdoldurma məntəqələri şəbəkəsinə, paylayıcı qaz kəmərlərinə və digər bu kimi istiqamətlərə yönəldilməsi də nəzərəçarpan məqamdır. Azərbaycan qazı ixracının ümumi həcminin təxminən 10%-i Gürcüstana gedirsə və eləcə də qonşu ölkədə istehlak edilən “mavi” yanacağın təxminən 80%-i Azərbaycan mənşəlidirsə, deməli, sadalananlar və qeyd olunanlar zərrə qədər də şübhə yarada bilməz. Daha dəqiq desək, iki qonşu ölkənin birliyinin inkişafa zəmin yaradan töhvəsi hazırda qətiyyən təkzib olunmur və ələlxüsus da enerji sektorunda fəal olan uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın beynəlxalq kontekstdə daha böyük potensiala malik olduğu hamı tərəfindən qəbul olunur.

Azərbaycanla Gürcüstanın birliyi olduqca əhəmiyyətli hesab olunmaqdadır...

Azərbaycanın təbii qazının Gürcüstan vasitəsilə ixrac edilməsi və ötən il ümumi qaz ixracının həcminin 25,2 milyard kubmetrə çatması və bunun da məhz 2023-cü illə müqayisədə 5,8% çox olması dinamik inkişafdan xəbər verir. Xüsusən də, məhz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin etibarlı və strateji əhəmiyyətli tərəfdaş statusu bu inkişafın, sabitliyin təsdiqi hesab olunur. Avropanın enerji və mənzil təsərrüfatı üzrə komissarı Den Yorgensenin dedikləri bu məqamda tamamilə yerinə düşür. “2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təxminən 11,7 milyard kubmetr qaz idxal edib ki, bu da 2021-ci illə müqayisədə 44% çoxdur və Aİ Azərbaycanla Strateji Enerji Tərəfdaşlığının həyata keçirilməsini davam etdirməkdir”, deyə Yorgensenin bildirdikləri, etirafı ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan əhəmiyyətini bir daha sübut edir.

Aİ ilə “yaşıl” enerji sahəsində uzunmüddətli əməkdaşlıq baxımından Azərbaycan və Gürcüstan artıq Türkiyə və Avropa bazarlarına elektrik enerjisinin tranziti seqmentində də əməkdaşlığı fəal şəkildə gücləndirir. Bərpa olunan enerji mənbələri seqmentini fəal şəkildə inkişaf etdirən Azərbaycanda uzunmüddətli perspektivdə təsirli güc artıqlığının yaranacağı bəllidir və “yaşıl” elektrik enerjisinin təxminən 80%-nin ixracının planlaşdırılması da bu baxımdan başadüşüləndir. Elektrik enerjisinin təxminən 90% olmaqla su elektrik stansiyalarında istehsal olunan, elektrik enerjisini Türkiyə və Avropa bazarlarına ixrac etməyi planlaşdıran Gürcüstanın özünün də məhz bərpa olunan enerji potensialına malik olmaqla, oxşar istiqamətdə irəliləməsi faktı da ortadadır. Deməli, iki ölkə arasında əməkdaşlıq, birlik ancaq inkişafa, sabitliyə töhvə verir və bu baxımdan da, Azərbaycanla Gürcüstanın birliyi olduqca əhəmiyyətli hesab olunmaqdadır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri