Icma.az
close
up
RU
Sabitliyə və inkişafa xidmət edən mühüm hadisə

Sabitliyə və inkişafa xidmət edən mühüm hadisə

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumdur ki, ölkəmizin xarici siyasət strategiyası qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına istiqamətlənib. Yeri gəlmişkən, Ölkəmiz beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda hüquqi çərçivəyə və qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafını prioritet hesab edir. Bu kontekstdə Azərbaycan öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər olduqca əhəmiyyətli keçdi. Regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım kimi yadda qaldı.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan son görüş Azərbaycan-Rusiya münasibətlərində həm qarşılıqlı hörmətin, həm də siyasi yetkinliyin bariz nümunəsi oldu. Qəza ilə bağlı Rusiya Prezidentinin təqdim etdiyi izahat, kompensasiya və hüquqi qiymətləndirməyə dair ifadə olunan iradə Moskvanın Bakı ilə münasibətləri həssaslıqla qorumağa çalışdığını göstərdi.
Prezident İlham Əliyev emosional ritorikadan kənar ölçülü və dövlətçilik yanaşması ilə Azərbaycanın prinsipial və balanslı mövqeyini nümayiş etdirdi. Azərbaycan liderinin verdiyi mesaj onun təsdiqi kimi yadda qaldı ki, rəsmi Bakı münasibətləri emosiyalarla deyil, milli maraqlara və strateji tərəfdaşlığa əsaslanaraq idarə edir.

Onu da qeyd edək ki, bu görüş sübut etdi ki, Bakı və Moskva arasında əlaqələr təkcə gündəlik siyasi hadisələrlə deyil, daha geniş geosiyasi baxışla formalaşır. Tərəflər arasında qurulmuş əməkdaşlıq modeli artıq situativ yox, uzunmüddətli və davamlı xarakter daşıyır. Məhz bu baxımdan hər iki ölkə qarşılaşdığı çətinliklərə baxmayaraq strateji kursdan yayınmadan münasibətləri möhkəmləndirmək niyyətindədir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxış da xüsusi əhəmiyyət kəsb etdi. Prezident çıxışında Azərbaycanla Tacikistan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin regionun geosiyasi sabitliyinə və əməkdaşlıq potensialına mühüm töhfə verdiyini qeyd etdi. Azərbaycan lideri humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin regional inteqrasiya prosesində vacib amil olduğunu vurğulayaraq Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsini uzun illər davam edən işğaldan sonra azad olunmuş ərazilərdə dövlət quruculuğu və dirçəliş strategiyasının beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirir. Prezident həmçinin III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsini MDB ölkələri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Azərbaycanın regional nüfuzunun və təsir dairəsinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdi. Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı.

Ən əsası, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Ölkəmizin regional əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi. Bu səfər MDB məkanında Ölkəmizin mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım kimi yadda qaldı.

Asif Hacıyev,

YAP Göygöl rayon təşkilatı üzrə Göyçəkənd kənd ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri