Icma.az
close
up
RU
SABOTAJ, YOXSA QİSAS? Vüqar Məmmədovun ölümü kimə lazımdır?

SABOTAJ, YOXSA QİSAS? Vüqar Məmmədovun ölümü kimə lazımdır?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Baş redaktorun həyatı təhlükədədir!

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun sağlıq durumu kritik həddədir. Son günlər ürək ağrılarından əziyyət çəkən, böyrək çatışmazlığı və prostatında yaranmış şişlə əlaqədar ciddi problemlər yaşayan redaktor “anju” olunmaqla yanaşı, təcili əməliyyat edilməlidir.

Əlbəttə, bu, bizim gəldiyimiz qənaət deyil, həkimlərin rəyi əsasında belə bir fikir bildiririk. Lakin, təəssüflə qeyd olunmalıdır ki, dünən V.Məmmədov təxminən 10 gündür saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yenidən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu isə o deməkdir ki, baş redaktor faktiki olaraq ölümə tərk edilib. Çünki onun sağlıq durumu hələ də kritik vəziyyətdədir.

Bu səbəbdən, “Hürriyyət”in kollektivi Vüqar Məmmədovun müalicəsinin başa çatdırılması və özəl tibb müəssisələrinin birində əməliyyat olunmasına razılıq verilməsi üçün növbəti dəfə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb.

Hurriyyet.media həmin müraciəti olduğu kimi dərc edir:

“Cənab Prezident!

Bu müraciəti Sizə “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun həyatının təhlükə altında olması ilə bağlı yazırıq.

Diqqətinizə çatdıraq ki, son günlər Vüqar Məmmədovun səhhəti kəskin şəkildə pisləşib. Onun vəziyyəti ilə əlaqədar dəfələrlə aidiyyəti qurumlara məlumat verməyə çalışmışıq. Lakin indiyədək ciddi tədbir görülməyib. Bu səbəbdən, baş redaktorun sağlıq durumu günbəgün ağırlaşmaqdadır. Hətta vəziyyət o həddə çatıb ki, bu səbəbdən məhkəmə prosesləri də ardıcıl olaraq təxirə salınmaqdadır. Məhkəmə heyəti onun ifadə vermək imkanının olmadığını açıq şəkildə dilə gətirir.

Cənab Prezident!

Məlumat üçün bildirək ki, çoxsaylı müraciətlərdən sonra Vüqar Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdi. Dünən isə məlumat aldıq ki, o, yenidən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki, sözügedən tibb müəssisəsində onu müayinə edən həkimlər baş redaktorun təcili əməliyyat olunmalı olduğunu qeyd etmişdilər. Buna baxmayaraq, onun müalicəsi yarımçıq saxlanılıb və yenidən istintaq təcridxanasına yerləşdirilib. Üstəlik, Müalicə Müəssisəsinin rəhbərliyi bunun “yuxarı”nın göstərişi olduğunu dilə gətirib.

Cənab Prezident!

Azərbaycan xalqının qəlbində Tanrıdan sonra ən yuxarıda Sizin durduğunuz kimsəyə sirr deyil. Vüqar Məmmədovun ölümə tərk olunması haqda göstərişin də Sizdən gəlmədiyi hər kəsə bəllidir. Bəs, o “yuxarı” kimdir və nə üçün hansısa jurnalistin ölümündə maraqlıdır? Doğrusu, bunun Sizə qarşı sabotaj olduğu ehtimalı da az deyil. Belə deyilsə, deməli, kimlərsə V.Məmmədovdan qisas alır. Nəzərə alsaq ki, baş redaktor hər zaman Sizin siyasətin dəstəkçisi olaraq çıxış edib və onun hədəfində korrupsioner və rüşvətxor məmurlar olub. Yəni Vüqar Məmmədov məhz Sizin mediaya çağırışlarınız əsasında qanunsuz əmllərlə məşğul olan vəzifəli şəxsləri ifşa etməyə çalışıb. Görünür, indi həmin məmurlar ondan qisas alırlar. Əks halda, ortada təcili əməliyyat olunması haqda həkim rəyi olmasına rəğmən, onu “ambulator müalicəyə ehtiyacı var” adı ilə təcridxanaya yerləşdirməzdilər.

Cənab Prezident!

Sizə də bəllidir ki, Azərbaycanda hansısa jurnalistin bu və ya digər yolla öldürülməsi səssiz ötüşməyəcək. Hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar, xaricdə özlərinə yuva quran blogerlər və s. qüvvələr bu hadisədən ölkəmizə qarşı istifadə etməyə çalışacaq. Şübhəsiz, bu da nə dövlətimizin, nə də Sizin maraqlarınıza xidmt etmir. Bəs, o halda Vüqar Məmmədovun ölümündə kimlər maraqlıdır? Kimlər Sizi hədəfə gətirməyə, bununla da öz çirkin əməllərini həyata keçirməyə çalışırlar?

Güman edirik ki, bu sualların cavabını tapmaq hazırda o qədər də çətin deyil. Bunun üçün V.Məmmədovun Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yenidən Bakı İstintaq Təcridxanasına köçürülməsinə göstəriş verənləri ortaya çıxarmaq yetərlidir.

Cənab Prezident!

Azərbaycan hüquqi dövlətdir və bizim ölkədə hər bir vətəndaş qanun qarşısında bərabərdir. Əgər həqiqətən də Vüqar Məmmədovun günahı varsa, hansısa cinayət əməlinə imza atıbsa, bunun cavabını məhkəmə verməlidir. Bir halda ki, hazırda məhkəmə gedir və son söz hakimlərin olacaq, o zaman hakimin qərarını gözləmədən V.Məmmədovu öldürmək nə dərəcədə ədalətlidir?! Axı Azərbaycanda “ölüm hökmü” qüvvədə deyil və hər bir vətəndaşın müalicə almaq hüququ var. Bəs, nə üçün bir jurnalistə, xüsusilə də hər zaman Azərbaycan dövlətinin maraqlarından çıxış edən, Sizin siyasətinizi dəstəkləyən bir qəzetin rəhbərinə qarşı bu cür mövqe nümayiş etdirilir?!

Cənab Prezident!

“Hürriyyət” qəzetinin kollektivi olaraq Sizdən xahiş edirik ki, Vüqar Məmmədovun məhkəmə prosesini şəxsi nəzarətinizə götürəsiniz və onun əməliyyat olunmasına şərait yaradılması ilə bağlı aidiyyəti qurumlara göstəriş verəsiniz.

Sizdən çox xahiş edirik, Vüqar Məmmədovun ölümə sürüklənməsinə imkan verməyin”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri