Sabunçunun bəzi ərazilərində işıq olmayacaq
Operativ MM-dan alınan məlumata görə, Icma.az xəbər verir Sabunçunun bəzi ərazilərində işıq olmayacaq.
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, Elşən Mehdiyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)