Icma.az
close
up
RU
Saçların yağlı olmasının SƏBƏBLƏRİ

Saçların yağlı olmasının SƏBƏBLƏRİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dərimizin üzərində çoxlu sayda piy vəziləri var.

Piy vəziləri xüsusi sekret - dəri piyi ifraz edir ki, bu piy dərini yumşaldır, onun elastikliyini təmin edir, qurumasının qarşısını alır, dəridə bakterilərin, göbələklərin, virusların çoxalmasına mane olur. İnsan yaşlaşdıqca dəri piyinin ifrazı azalır, məhz bu səbəbdən yaşlı insanların dərisi və saçları quru olur.

Bəzi insanlarda dəri az miqdarda piy ifraz edir, bu halda dəri daha quru olur. Digərlərində isə əksinə dəri həddət artıq miqdarda piy ifraz edir ki, bu dərinin çox yağlı olmasına səbəb olur.

Baş dərimiz də çoxlu miqdarda piy ifraz edir. Bu saçların elastik, hamar və sağlam olması üçün lazımdır. Baş dərisi lazım olandan az miqdarda piy ifraz etdikdə saçlar çox quru olur, qırılır, tökülür. Lakin bəzən insan hiss edir ki, onun saçları çox tez yağlanır. Belə insanlar hər gün, hətta gündə 2 dəfə saçlarını yumağa məcbur olur. Piyin daim hiperproduksiyası kəpəyin, yağlı seboreyanın əmələ gəlməsinə səbəb olur, saçlar korlanır, nazikləşir, tökülür.

Saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər:

- İrsiyyət. Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

- Hormonal pozulmalar. Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

- Düzgün olmayan qidalanma. İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur.

- Streslər, xüsusilə uzunsürən xroniki streslər, saçların daha tez yağlanmasına səbəb ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri