Icma.az
close
up
RU
Şadlıq sarayları da qiymətləri qaldırdı SƏBƏB

Şadlıq sarayları da qiymətləri qaldırdı SƏBƏB

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son vaxtlar paytaxtda və bölgələrdə addımbaşı rast gəldiyimiz kafelərdə, restoranlarda, xüsusən də şadlıq saraylarında qiymət artımı hər kəsin əsas müzakirə mövzusuna çevrilib. Hamını bir sual düşündürür: Bu bahalaşma nə vaxt dayanacaq və niyə menyulardakı rəqəmlər hər gün bir az da artır? Əslində, məsələyə dərindən baxanda görünür ki, bu, təkcə obyekt sahiblərinin qazanc istəyindən yox, həm də iqtisadiyyatın görünməyən çarxlarından qaynaqlanır.
İqtisadçı Asif İbrahimov Demorkat.az-a açıqlamasında bildirib ki, bu vəziyyət birbaşa makroiqtisadi proseslərin nəticəsidir. Yəni, bir restoranın çay dəstgahının və ya şadlıq sarayının menyu qiymətini qaldırması bir neçə zəncirvari amillə bağlıdır. Burada ən böyük yük xərclərin üzərinə düşür. İşçilərin maaşlarının artması, logistika xərclərinin yüksəlməsi, işıq, qaz və su pulu kimi kommunal ödənişlər, ən əsası isə bazardakı ərzaq məhsullarının maya dəyərinin bahalaşması sahibkarı çıxılmaz vəziyyətdə qoyur.
Rəqəmlərə baxsaq, mənzərə daha aydın olar. Məsələn, 2025-ci ildə ölkədə ümumi istehlak qiymətləri təxminən 6 faiz civarında artıb. Lakin xidmət və iaşə sektorunda bu rəqəm bir qədər də yüksəkdir. Bu o deməkdir ki, bahalaşma təkcə çörəyin, ətin qiymətində deyil, həm də o məhsulun süfrəyə gəlməsinə qədər çəkilən zəhmətdə və xidmətdədir. Üstəlik, toylara və banketlərə olan tələbatın artması da təklif olunan qiymətlərə öz təsirini göstərir.
Ekspert hesab edir ki, yaxın aylarda qiymətlərin birdən-birə aşağı düşəcəyini gözləmək bir az sadəlövhlük olar. Çünki inflyasiya hələ də hiss olunmaqdadır. Amma iqtisadi mühit stabilləşdikcə, o kəskin artım tempinin yavaşlayacağı ehtimal edilir. Görünən odur ki, bu vəziyyətdə həm restoran işlədənlər öz strategiyalarına yenidən baxmalı, həm də biz istehlakçılar büdcəmizi bir az daha diqqətli planlamalıyıq. Çünki bu bahalaşma təkcə kiminsə istəyi deyil, qlobal və yerli iqtisadi dalğalanmaların ortaq nəticəsidir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri