Icma.az
close
up
RU
Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Manset saytına istinadən Icma.az xəbər verir.

Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, həm toy evinin, həm də dəvət olunan qonaqların xərcinin artmasına səbəb olur. Əvvəllər bir nəfər toya gedib 50 manat pul yazdırıb iştirak edirdisə, günümüzdə 100 manatdan aşağı nəmər verənə pis baxırlar. Bəs, toy sahibləri bu qədər xərcin arasında şadlıq sarayına nə qədər ödəniş etməli olur?

Manset.az Lent.az-a istinadən xəbər verir ki, Bakıdakı bəzi şadlıq evlərinin menyu qiymətləri barədə araşdırma aparılıb.
Məlum olub ki, şəhərin mərkəzi hissələrində olan şadlıq saraylarında fantastik qiymətlər hökm sürür. Əksər bahalı toy məkanları isə Nizami rayonu ərazisində yerləşir. 100-200 AZN arasında dəyişən menyu qiymətlərindən nə toy sahibinə xeyir, nə də qonaqda əylənmək üçün yaxşı əhval-ruhiyyə qalır. Hələ 250 AZN-dən başlayan qiymətə menyular da var… Elə sözügedən ərazidə yerləşən bu şadlıq sarayında menyu dəyəri 400 AZN-ə kimi yüksəlir.

Mərkəzdən bir qədər uzaqda 55-60 AZN-dən başlayan qiymətə toyunuzu etmək üçün münasib yer tapa bilərsiniz. Kənar yerlərdə belə “dodaq uçuqladan” dəyərdə menyulara rast gələ bilərsiniz. Məsələn, Buzovna ərazisində yerləşən bir şadlıq sarayında menyu 120 AZN-dən başlayır. 

Şadlıq saraylarından əməkdaşımıza bildirilib ki, bu qiymətlər əsasən menyuya görə dəyişir. Şadlıq saraylarının dəyərini içki və ərzaq qiymətləri formalaşdırır. Bu məhsulların bahalaşması toy evinin bütün xərclərini artırır. 

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, son zamanlarda şadlıq saraylarında bahalaşma müşahidə olunur: 

“Pandemiyadan sonrakı dövrdə bu qiymət artımı daha çox gözə çarpır. Buna səbəb qida məhsullarının qiymətinin, icarə haqlarının artması, işçi qüvvəsinin məvacibinin yüksəlməsi və s. ola bilər. Maaşların artması həm sosial-iqtisadi inkişafımıza müsbət təsir göstərən, həm də həmin müəssisələrin satdıqları xidmətin maya dəyərinin yüksək olmasına səbəb olan bir amildir".

“Fikrimcə, bəzi ənənələrdə dəyişiklik etmək lazımdır ki, israfçılıqdan uzaq duraq. Toyun xərcləri yalnız iaşə xidmət ilə məhdudlaşmır. Buraya foto-video çəkilişlər, müxtəlif animasiyalar, gül-çiçək, nikahın rəsmiləşdirilməsi, rəqslər, avtomobil icarəsi və digər şeyləri də əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket qiymətlərinə təsir edir”, - deyə o əlavə edib.

Samir Dübəndi qeyd edib ki, bugünkü gündə şadlıq saraylarında  “table d’hote” (hərfi mənası "ev sahibi masası"-red.) xidmət növü tətbiq olunur: 

“Yəni, sifarişçi tərəfindən öncədən menyu seçimi olur və daha sonra həmin yeməklər hazırlanır. Bu halda porsiya üzrə xidmət göstərilmir. Qalan yeməklər bir çox hallarda atılır. Bir sözlə, israfçılıq halları baş verir.

Ən yaxşı halda əlavə qalan yemək və içkiləri işçilərə vermək olar. Biz toy məkanlarında mövcud olan xidmət növünü dəyişə bilsək, həm israfçılıqdan, həm də əlavə xərclərdən yaxa qurtara bilərik. Bunun üçün də həmin müəssisələrdə çalışan masa xidmətçilərinin, eyni zamanda onlara rəhbərlik edən menecmentin bilik və bacarıqlarını artırmaq lazımdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri