Icma.az
close
up
RU
“Sadval”ından “Meşə qardaşları”na: Şimaldan gələn bəlanın o BİRİ ÜZÜ Səxavət Məmməd yazır

“Sadval”ından “Meşə qardaşları”na: Şimaldan gələn bəlanın o BİRİ ÜZÜ Səxavət Məmməd yazır

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan müstəqillik qazananda təkcə işğalla yox, həm də terrorla üz-üzə olub.

Azərbaycan tarixində xeyli sayda sui-qəsdlər, metro terroru, ADNA terroru baş verib. Bundan əlavə Azərbaycana qarşı “Sadval” terror təşkilatı da fəaliyyət göstərib. Düzdür, rəsmi Bakı “Sadval”ın artıq fəaliyyətinin dayandırıldığını desə də, gerçəkdə bu ideologiyada olanların varlığı heç kimə sirr deyil. Hətta onların özlərinin müəyyən qrupların daxilində təlimlərə cəlb edilməsi barədə də informasiyalar var. Bundan əlavə “Meşə qardaşları”nın fəaliyyətini də unutmaq olmaz. İllər öncə Azərbaycan dövləti adıgedən təşkilata qarşı genişmiqyaslı əməliyyat həyata keçirdi, təşkilatın əsas dayaqları sıradan çıxarıldı. Ancaq ideologiyaya əsaslanan təşkilatların tamamilə məhv olması mümkünsüzdür. Bu tip ideologiyaların daşıyıcıları müəyyən müddət sonra yenidən hərəkətə keçə bilər.

Maraqlı bir məqam ondan ibarətdir ki, Azərbaycanda terror və terror qrupları şimaldan “ilhamlanır”. Qusar rayonu isə daim ocaq kimi görünür. Hesab edirəm ki, ADNA terroru birbaşa Rusiya ilə əlaqəli idi. “Sadval”, “Meşə “qardaşları” və digər terrorçu dəstələrin arxasında birbaşa Rusiyanın özünün olub-olmadığını demək çətin olsa da, Rusiya ərazisinə bağlı olduqlarını deyə bilərik. Çünki Rusiyanın özü üçün Şimali Qafqaz bir nömrəli problemdir. Şimali Qafqazda Rusiyanın terrorla mübarizəsi daim davam edir. Aylar öncə Şimali Qafqazda Rusiya hüquq-mühafizə orqanları terrorçulara qarşı əməliyyat həyata keçirdi. Çoxlu sayda məhv edilən, yaxud həbs edilən terrorçular oldu.

Şimali Qafqazdakı terror ocaqları sönmədikcə, Azərbaycanda bu tip dəstələrin peyda olması, onların formalaşması mümkün olacaq. Heç şübhəsiz ki, Azərbaycandakı qruplarla şimaldakı qruplar arasında birbaşa əlaqə var. Hətta maliyyə, silah, silahlı təlimlər, partlayıcı maddələrin hazırlanması üçün dərslər Rusiya ərazisindən həyata keçirilir. Maraqlı bir məqam da ondan ibarətdir ki, şimaldakı qruplar təkcə din yox, milli kimliyi də ön plana çıxarırlar.

Suriyada İŞİD fəaliyyətə başlayan zaman dünyanın bir çox yerlərindən, eləcə də Azərbaycandan onun tərkibinə qoşulanlar, döyüşənlər oldu. O zaman Azərbaycan primitiv, ancaq işə yarayan bir vasitədən istifadə etdi: gedənləri qətiyyən saxlamadı, əksinə, getmələri üçün göz yumdu. Beləliklə, həmin şəxslər rahatlıqla ölkəni tək etdi. Qayıdanlar isə cəzalandırıldı. Bu üsulla Azərbaycan daxildəki radikalları təmizləmiş oldu.

Bəzən insanlar silahı necə əldə edirlər deyə suallar verir. Silahın əldə edilməsi o qədər də çətin məsələ deyil. Hindarxda bir uşağın evə qumbara gətirməsi qədər asandır. Nəzərə almaq lazımdır ki, Azərbaycan iki ağır müharibə keçib. Xüsusilə Birinci Qarabağ müharibəsi zamanı əhalinin əlinə silah daha çox keçib. Ancaq ikinci müharibə zamanı da az silah əldə edilməyib. Bundan əlavə, qeyri-qanuni yolla da ölkəyə silah keçirmək halları mümkündür.

Düşünürəm ki, Azərbaycan hüquq-mühafizə orqanları terrorizmlə bağlı əməliyyat şəraitinə nəzarət edə bilirlər. Əgər bu belə olmasa idi, heç şübhəsiz, daha böyük terror aktları ilə üz-üzə qala bilərdik.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri