Lənkəranda qəzada şagird və tələbələr yaralandı Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ - 2106” markalı minik avtomobili Eldəniz Əmrəyevin sükanı arxasında olduğu “Renault” markalı maşınla toqquşub.
Qəzada “VAZ”ın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfər isə tələbədir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















