Icma.az
close
up
RU
Şagird evdə distant təhsilə qoşulmaq üçün internet və kompüterlə təmin olunmalıdır AÇIQLAMA

Şagird evdə distant təhsilə qoşulmaq üçün internet və kompüterlə təmin olunmalıdır AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Distant təhsil məsələsi gündəmə gələcək. Çünki biz ona səmərəlilik - planlaşdırma xərcləri və prosesin rahatlığı baxımından baxırıq. Eyni zamanda, uşaqların, müəllimin öz kəndindən, yaşadığı məntəqədən uzaqlaşmadan distant təhsilinin mümkün olub-olmaması məsələsinə nəzər yetiririk”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Real TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.

Bəs distant təhsil müəllim-şagird münasibətlərinin keyfiyyətinə mənfi təsir göstərə bilərmi? Distant təhsil şagirdlərin sosial bacarıqlarının formalaşmasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, dünyanın əksər ölkələrində distant təhsil forması uğurla tətbiq olunur. Onun sözlərinə görə, distant təhsil müəyyən qədər uğurla həyata keçirilirsə, bu, o deməkdir ki, bizdə də bu modeli tətbiq etmək mümkündür:

"Bunun üçün əvvəlcə təməl hazırlamalıyıq. Yəni, bu işə hazırlıqsız başlamamalıyıq. Əsasən, maddi-texniki bazanı təmin etməli və sonra addımlar atmalıyıq. Məsələn, orta ümumi təhsil məktəblərində, xüsusilə şagird sayı az olan məktəblərdə distant təhsil tətbiq etməyi düşünürsək, bu, yalnız maddi-texniki baza möhkəm olduğunda mümkün olar. Əgər məktəbdə proyektor, elektron lövhə və ya zəif internet bağlantısı varsa, distant təhsil forması burada effektiv tətbiq oluna bilməz. Həmçinin, hər bir şagirdin öz evində distant təhsilə qoşulması üçün də internet və kompüter kimi ehtiyaclar təmin olunmalıdır. Əgər bu imkanlar yoxdursa, distant təhsil yarımçıq və ya effektiv olmayacaqdır. Bu səbəbdən, mənim fikrimcə, distant təhsil forması əvvəlcə məktəblərdə lazım olan texniki bazanın təmin edilməsindən sonra həyata keçirilməlidir. Bu halda, məsələn, elektron lövhə, proyektor və internet imkanları inkişaf etdirildikdən sonra, müəllimlər və şagirdlər rahat şəkildə distant təhsil ala bilər. Lakin bu imkanlar olmadan distant təhsilə başlamaq, müxtəlif problemlərə yol açacaqdır. Dünyada ali təhsil müəssisələrində də distant təhsil artıq tətbiq edilir və uğurludur. Məsələn, mühəndislik sahəsində qiyabi təhsilin ləğv edilməsi ilə bağlı, əgər hər hansı bir şəxs işlədiyi sahə üzrə təhsilini davam etdirmək istəyirsə, distant təhsil bu problemi həll edə bilər. Bununla da, ölkəmizdə də həm ali təhsil müəssisələrində, həm də orta ümumi təhsil məktəblərində distant təhsili tətbiq etmək vacibdir. Bu, həm də universitetlərə xarici tələbələri cəlb etmək və maliyyə gəlirlərini artırmaq imkanı verər".

Mütəxəssisin fikrincə, artıq distant təhsil forması tətbiq olunmalıdır.

"Müəllim-şagird münasibətlərinin keyfiyyətinə təsir etməməsi məsələsinə gəldikdə isə, əgər keyfiyyətli müəllimlər onlayn tədris prosesini düzgün həyata keçirərsə, heç bir mənfi təsir gözlənilmir. Pandemiya dövründə biz hibrid təhsili tətbiq etdik və müəyyən çətinliklərə baxmayaraq öhdəsindən gəldik. Normal vəziyyətdə isə maddi-texniki baza təmin edildikdən sonra bu prosesi daha da təkmilləşdirə bilərik. Hazırda Türkiyədəki tətbiqlərdən də görürük ki, distant təhsil heç bir narahatlığa səbəb olmur. Buna görə də, biz də bu sahədə uğur əldə edə bilərik", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri