Icma.az
close
up
RU
“Şagirdlər qarşısında aciz qalan pedaqoqlar ordusu var”

“Şagirdlər qarşısında aciz qalan pedaqoqlar ordusu var”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər ölkədə ard-arda məktəblərdə baş verən zorakılıq və özünə xəsarət halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bir neçə gün öncə Ağstafada 14 yaşlı şagirdin yaşıdı tərəfindən bıçaqlanması, dünən isə Bakıda 7-ci sinif şagirdi özünə kəsici alətlə xəsarət yetirib. Yeniyetmələri bu cür təhlükələrə sürükləyən nədir? Bəlkə məktəblərdə psixoloji dəstəyi gücləndirmək lazımdır. Yeniyetmələri bu cür təhlükələrə sürükləyən nədir?Məktəblərdə psixoloji dəstəyin gücləndirilməsi, valideyn–məktəb əməkdaşlığının artırılmasımı, yoxsa məktəb mühitində boşluqlardır səbəb?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına bildirib ki, məktəblərdə psixoloji xidmət tamamilə formal xarakter daşıyır: “Yeniyetmələri bu cür təhlükəli addımlara sürükləyən ən birinci səbəb məktəb mühitində kök salmış bulinq, yəni həmyaşıd zorbalığıdır. Lakin bu zorbalığın qarşısını almalı olan mexanizmlər tamamilə sıradan çıxıb. Elm və Təhsil Nazirliyinin (ETN) yarıtmaz fəaliyyəti və təhsilə rəhbərlik edənlərin qeyri-pedaqoq olması məsələnin kökündə dayanan ən ciddi faktordur. Pedaqogika elminə, uşaq psixologiyasının incəliklərinə bələd olmayan idarəçilər məktəbi canlı bir orqanizm kimi deyil, quru rəqəmlər və statistik hesabatlar toplusu kimi görürlər. Bu yanaşmanın nəticəsidir ki, məktəblərdə psixoloji xidmət tamamilə formal xarakter daşıyır. Psixoloqlar şagirdin daxili dünyasına nüfuz etmək, onun gizli qalan ağrılarını duymaq əvəzinə, vaxtlarını boş kağızları doldurmaqla və "yuxarı" üçün cəlbedici hesabatlar hazırlamaqla keçirirlər”.

Şəmsi Qoca qeyd edir ki, məktəb rəhbərliyi və müəllim heyəti bu gün sanki iki od arasında qalıb: “Bir tərəfdən nazirliyin quru tələbləri, digər tərəfdən isə hər cür etik normanı aşan, intizamsızlıq edən və zorbalığa meylli şagirdlər qarşısında aciz qalan pedaqoqlar ordusu var. Müəllim nüfuzu elə bir həddə endirilib ki, o, artıq intizamsız şagirdə "gözün üstə qaşın var" deyə bilmir. Müəllimin əlindən tərbiyəedici mexanizmlər və mənəvi rıçaqlar alındıqda, məktəb mühiti özbaşınalığın hökm sürdüyü bir məkana çevrilir. Şagird cəzasız qalacağını, müəllimin ona söz deməyə cürət etməyəcəyini bildiyi an, bıçaqlanma da, özünə xəsarət də qaçılmaz olur”.

Şəmsi Qoca həmçinin vurğulayıb: “Valideyn və məktəb əməkdaşlığının olmaması bu böhranı daha da dərinləşdirir: “Valideynlər övladının yalnız qiymətləri ilə maraqlanır, məktəb isə tərbiyə işini ailənin üzərinə yıxır. Bu məsuliyyət bölgüsündə yaranan boşluqda uşaqlar nəzarətsiz qalır, enerjilərini idmana və ya sənətə yönəldə bilmədikləri üçün dağıdıcı yollara sapırlar. Təhsil idarəçiliyi peşəkar pedaqoqların əlindən alınıb "menecer" soyuqluğuna təslim edildiyi müddətcə, məktəb şagird üçün mənəvi sığınacaq olmaq funksiyasını itirəcək. Bu faciələrin qarşısını almaq üçün müəllimin nüfuzu bərpa olunmalı, psixoloq kağız üzərindəki işdən ayrılıb uşağın yanına qayıtmalı və təhsilin mənəviyyatı qeyri-pedaqoji yanaşmalardan xilas edilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri