Icma.az
close
up
RU
Şagirdlər süni intellektə bu sualları verə bilər

Şagirdlər süni intellektə bu sualları verə bilər

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Bu günlərdə açıqlanan PİSA 2025 hesabatında Azərbaycanda şagirdlərin süni intellektdən (Sİ) istifadəsi ilə bağlı maraqlı rəqəmlər açıqlanıb. Xüsusi diqqətçəkən rəqəmlərdən biri ölkəmizdə şagirdlərin (hesabata düşən) 48%-nin öyrənmə prosesində Sİ-dən istifadə etməsidir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Tahir Mirkişili bildirib.

Millət vəkili qeyd edib ki, bu, OECD orta göstəricisindən (46%) yüksəkdir: “Süni intellekdən heç vaxt istifadə etmədiyini bildirən şagirdlərin payı Azərbaycanda cəmi 8%, OECD üzrə isə 14% təşkil edib.

Maraqlıdır ki, Azərbaycanda artıq 83.6% bazar payına malik “ChatGPT” cəmi 3 il əvvəl dünyada meydana çıxsa da, süni intellekt modelləri artıq gündəlik həyata, xüsusilə də tədris prossesinə möhkəm şəkildə daxil olublar.

Dünyada aparılan sorğular aydın bir mənzərəni ortaya qoyur:

Beynəlxalq Rəqəmsal Təhsil Şurasının (DEC, Sinqapur) hesabatına görə dünyada bakalavr, magistr və doktorantura tələbələrinin artıq 86%-i kurs işləri üçün süni intellekt vasitələrindən istifadə edirlər - Sİ-dən daha çox ideyalar üzərində düşünmək, konsepsiyaları izah etmək, oxunan materialları ümumiləşdirmək və ya imtahanlara hazırlaşmaq üçün istifadə edirlər.

Eyni zamanda, Ali Təhsil Siyasəti İnstitutunun (HEPİ, Britaniya) bakalavr tələbələri arasında apardığı sorğu göstərib ki, tələbələrin 92%-i tapşırıqların həllində, 58%-i çətin anlayışları aydınlaşdırmaq, 48%-i isə məqalələri ümumiləşdirmək üçün Süni İntellektdən istifadə edirlər.

Bu artıq reallıqdır ki, şagirdlər, tələbələr təhsildə aktiv şəkildə süni intellektdən istifadə edirlər. Bəs bütün bunlar onların öyrənməsinə necə təsir edir? Cavab, tələbələrin süni intellektdən istifadə edib-etməməsindən daha çox, onların bundan necə istifadə etmələrindən asılı olacaqdır…

Bunu aydınlaşdıraq:

Nə zaman süni intellekt təhsil prossesini poza bilər?

Təhsil vasitələrini özündə birləşdirən beynəlxalq ICAP çərçivəsi öyrənənlərin tədrisdə iştirakını dörd səviyyəyə bölür:

İnteraktiv, Konstruktiv, Aktiv və Passiv.

Daha yüksək səviyyələr (interaktiv və konstruktiv) ən güclü mənimsəməni təmin edir, çünki onlar öyrənənlərdən  sual və cavab verməyi, ideyalar yaratmağı, kommunikasiya qurmağı və konsepsiyalarla işləməyi tələb edir. Bunun əksinə olaraq, passiv iştirak (məsələn, sadəcə dərsi dinləmək) daha zəif mənimsəməyə gətirib çıxarır.

Süni intellekt bu 2 yüksək səviyyəli (interaktiv və konstruktiv) prosesləri əvəz etdikdə öyrənməni təhlükə altına qoyur. Əgər öyrənənlər tapşırığın düşünmə tərəfini (izahlar hazırlamaq və ya arqumentlər formalaşdırmaq) Sİ-ə həvalə etsələr, konstruktiv və ya interaktiv iştirakdan daha passiv səviyyəyə keçə bilərlər. Hesab edilir ki, zamanla bu isə sahə biliklərinin inkişafını zəiflədə bilər və öyrənənlərin süni intellekt tərəfindən yaradılan izahatın qərəzli, səthi və ya qeyri-dəqiq olduğunu anlamasını çətinləşdirə bilər.

Bu yaxınlarda Britaniyada aparılan bir maraqlı təcrübə bu riskləri təsdiqləyib. Təxminən 1000 orta məktəbdə riyaziyyat şagirdləri arasında aparılan bir araşdırma göstərib ki, Süni İntellekti söndürəndə, GPT-dən istifadə etməklə əvvəllər yaxşı nəticə göstərən şagirdlər heç vaxt süni intellekt istifadə etməyən şagirdlərdən 17% aşağı bal toplayıblar. Bu, süni intellektdən həddindən artıq asılılığın yadda saxlamağa mane olduğunu göstərir. Daha maraqlısı odur ki, bu mənfi təsirləri Süni İntellekdən doğru istifadə etməklə  əsasən aradan qaldırmaq mümkün olub ki, bu da problemin süni intellektdən istifadənin özündə deyil, öyrənməni dəstəkləmək və ya əvəz etmək üçün istifadə olunub-olunmamasında olduğunu göstərir”.

T.Mirkişilinin sözlərinə görə, tədqiqatlar göstərir ki, öyrənənlər süni intellektdən konstruktiv şəkildə istifadə etdikdə öyrənmə yaxşılaşa bilər: “Süni intellekt istifadə etməyən öyrənənlərlə müqayisədə süni intellektlə işləyənlər həm arqumentasiya, həm də tənqidi düşüncədə əhəmiyyətli irəliləyişlər nümayiş etdirə bilirlər. Belə hallarda, öyrənənlər işlərini süni intellektə təhvil vermirlər. Bunun əvəzinə, onlar Sİ-lə qarşılıqlı əlaqədə olur, onu tənqid edir və ondan öz mühakimələrini daha da təkmilləşdirmək üçün istifadə edirlər. Bu halda Süni intellekt xəyalpərəst kimi deyil, daha çox düşünən tərəfdaş kimi davranır.

Əgər süni intellektdən zəif istifadə öyrənmə səviyyəsinin azalmasına gətirib çıxarırsa, şagirdlər düşünmə səylərini qorumaqla Sİ-dən istifadə edə bilərlər. Şagirdlər üçün ən vacib sual: Süni intellekt mənim əvəzimdənmi öyrənir, yoxsa mənim öyrənməyimə kömək edir? - olmalıdır.

Süni intellektin geniş yayıldığı dövrdə müəllimlər üçün bəzi tövsiyyələr mövcuddur.

Süni intellektdən öyrənməyə dəstəkləyici formada istifadə etməyi öyrətmək üçün şagirdlərinizi aşağıdakıları etməyə təşviq edin:

1. Şagirdlərə süni intellektdən istifadə etməyi qadağa etməyin;

2. İlk cəhdləri onların etməsinə imkan yaradın.

Süni intellektlə ünsiyyətdən əvvəl onların verəcəkləri suallara özləri tərəfindən təxmini cavab, plan və ya izahat hazırlamasını təmin edin. Bu, şagirdlərin müqayisə edə, tənqid edə və yenidən işlədə biləcəkləri bir materiala sahib olmalarını təmin edəcəkdir.

Süni intellektdən şagirdlərin düşüncələrini dəyişdirmək üçün deyil, onları yeni fikirlər irəli sürməyə təşfiq etmək üçün istifadə edin.

Məsələn, şagirdlər süni intellektə aşağıdakı sualları verə bilərlər:

- Cavablarımda hansı arqumentlərim çatışmır?

- Cavablarımdakı zəif cəhətləri göstər.

- Mənə alternativ cavablar ver və onları müqayisə etməyimə kömək et… və s.

Şagirdlərin etdiklərini açıq şəkildə müzakirə edin.

Şagirdlərdən süni intellektlə söhbətlərini göstərməyi, süni intellektin cavablarını öz sözləri ilə ümumiləşdirmələrini və ya nə ilə razılaşdıqlarını və nə ilə razılaşmadıqlarını izah etmələrini istəyin.

Şagirdlərə öyrədin ki, ideya yaratmaq, məna yaratmaq, sual vermək və mühakimə yürütmək onların işidir, süni intellektin işi isə cavablar hazırlamaq, nümunələr, perspektivlər və rəylər təqdim etmək ola bilər.

Beləliklə, süni intellekt artıq şagirdlərin, tələbələrin akademik həyatının mərkəzi hissəsidir. İnanıram ki, süni intellektdən istifadəni ICAP çərçivəsinin daha yüksək səviyyələrinə (interaktiv və konstruktiv) uyğunlaşdırmaqla və öyrənənlərin düşünmə prossesinə cəlb olunmalarını təmin etməklə, süni intellektin tədris prossesində mühüm tərəfdaşa çevrilməsini təmin edə bilərik. Bu həm də günümüzün tələbidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Sentyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri