Icma.az
close
up
RU
Şagirdlərə də qırmızı kart göstərək? Fotolar

Şagirdlərə də qırmızı kart göstərək? Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub. 

Bu barədə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.

Onların sözlərinə görə, bu metod məktəb direktoru tərəfindən valideynlərə göndərilib: “Bəlkə də yaxşı tərəfləri var, ancaq uşaqların düşüncəsi ilə yanaşdıqda bu, onlarda psixoloji gərginlik və motivasiya itkisinə yol aça bilər. “Qırmızı kart” alan şagirdlər sinif yoldaşları qarşısında fərqləndirildiyi üçün özlərini təhqir olunmuş kimi hiss edir, nəticədə dərsə maraqları azalır. 

Məsələn qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.”

Bundan sonra valideynin həmin kartı imzalaması üçün xana var. Axı bu metod uşaqlar arasında xüsusən ibtidai sinif mərhələsində özünəinamın zəifləməsinə və sosial təcrid hissinə səbəb ola bilər!”

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, ümumi təhsil müəssisəsinin daxili intizam qaydaları pedaqoji şurada müzakirə edildikdən sonra müəssisə rəhbərinin əmri ilə təsdiq edilir, həm şagirdlər, həm də valideynlər intizam qaydaları ilə tanış edilir: “Bir çox təhsil müəssisəsində ötən iki ildə tətbiq edilmiş “virtual kart”lar hazırda demək olar ki, bütün təhsil müəssisələrinin intizam qaydalarında təsbit edilib. Burada məqsəd şagirdlərdə intizam, sosial məsuliyyət, davranış mədəniyyəti formalaşdırılmasına dəstək vermək, məktəbdə sağlam mühit formalaşdırmaqdır. Tətbiq olunan virtual sarı və qırmızı kartlar cəza vasitəsi deyil — bu mexanizm intizam pozuntularının qeydiyyatı, təhlili və şagirdlərə vaxtında pedaqoji-psixoloji dəstəyin göstərilməsi üçün nəzərdə tutulub.

Şagird İntizam qaydalarına əsasən:

Sarı kart – xəbərdarlıq xarakteri daşıyır və davranışın korreksiyasına yönəlib;

Qırmızı kart – təkrarlanan və ciddi intizam pozuntuları zamanı tətbiq olunur; 

Yaşıl kart – müsbət davranış və nailiyyətləri stimullaşdırmaq məqsədilə verilir.

Virtual kartların tətbiqi şagirdlərin davranışlarını izləməyə, vaxtında fərdi və psixoloji dəstək göstərməyə, eləcə də təhsilalanlarda müsbət davranış vərdişlərini möhkəmləndirməyə imkan yaradır.

Valideynləri övladlarının təhsil aldığı məktəbdə virtual kartların tətbiqi mexanizmi ilə yaxından tanış olmağa, təşəbbüsü dəstəkləməyə dəvət edirik”.

Fidan Etibar 




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:424
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri