Icma.az
close
up
RU
Şagirdlərə ictimai nəqliyyatdan güzəştli istifadə üçün kartlar VERİLƏCƏK? Rəsmi AÇIQLAMA/VİDEO

Şagirdlərə ictimai nəqliyyatdan güzəştli istifadə üçün kartlar VERİLƏCƏK? Rəsmi AÇIQLAMA/VİDEO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə ictimai nəqliyyatdan istifadə edən şagirdlərin sayı heç də az deyil. Təbii ki, bu da onların ictimai nəqliyyata müəyyən qədər pul xərcləməsinə səbəb olur. Bununla bağlı həm şagirdlərin, həm də valideynlərin xüsusi narazılığı var.
Bizim.Media-ya danışan valideyn Nərminə Novruzlu deyir ki, onun iki övladından biri tələbə, digəri isə hələ məktəblidir.
Övladı hər gün məktəbə və hazırlıqlara getdiyi üçün gündə təxmini 2  manat ictimai nəqliyyata, əlavə olaraq isə 3 manat da qidaya xərcləyir. Yəni, bir şagirdin günə 5 manat xərci çıxır.
Xatırladaq ki, ölkəmizdə  müəyyən sahələri, o cümlədən, nəqliyyatı əhatə edən “TələbəPlus” kartları tətbiq edilməyə başlayıb. Həmçinin təhsil işçiləri üçün də belə güzəştləri əhatə edən kartlar hazırlanacaq.
Bu baxımdan valideynlərə maraqlıdır ki, belə güzəştlər şagirdlər üçün də tətbiq edilə bilərmi?
Bizim.Media
məsələylə bağlı sabiq təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib:
Misir Mərdanov da bu güzəştlərdən şagirdlərin də yararlanmasının tərəfdarıdır:
 

“Şagirdlər üçün də belə güzəştlər olsa, yaxşı olar. Həmçinin, məktəblərdə şagirdlərə pulsuz yemək verilməsi məsələsini də düşünmək olar”, - deyə sabiq nazir qeyd edib.


Təhsilin İnkişafı Fondun Layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə saytımıza açıqlamasında bildirib ki, şagirdlərə belə güzəştlərin verilməsiylə bağlı heç bir müzakirə aparılmayıb.
“Şagirdlərə belə  kartların verilməsiylə bağlı ümumiyyətlə danışıqlar aparılmayıb. Çünki bildiyimiz kimi, bütün prosesi birdən-birə etmək çox çətindir”.
Qurum rəsmisi müəllimlərə və tələbələrə yeni təhsil kartlarının  verilməsi barədə də danışıb:
“Müəllimlər üçün təhsil kartı barədə hələki danışıq üzərində plan gedir. Bununla bağlı rəsmi müqavilə, sənəd yoxdur, sadəcə danışıqlar var.
Kartların verilməsi prosesinə  pilot olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin tələbələrindən başladıq.
Digər dövlət və özəl qurumlardan könüllü şəkildə müraciət edənlərin müraciətlərinə baxılır, onların da tələbələri qoşulur. Növbəti  mərhələdə sadəcə ali təhsil müəssisələrinin yox, kolleclərdə və peşə məktəblərində oxuyan tələbələrin də cəlb olunması nəzərdə tutulur. Müəllimlərlə bağlı məsələ isə sadəcə müzakirə mərhələsindədir, müvafiq addımlar atılmayıb”, - deyə qurum rəsmisi əlavə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri