Icma.az
close
up
RU
Müəllimlərə güzəştli kartlar bu tarixdə VERİLƏCƏK Rəsmi AÇIQLAMA

Müəllimlərə güzəştli kartlar bu tarixdə VERİLƏCƏK Rəsmi AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsil sahəsində çalışanlar, xüsusilə müəllimlər üçün nəzərdə tutulan “Təhsil kartları” layihəsi xeyli vaxtdır ki, gündəmdədir.
Bu kartların təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva etdiyi bildirilir.
Bəs, layihə nə zaman reallaşdırılacaq? Ümumiyyətlə, bu kartlarda hansı güzəştlər nəzərdə tutulub?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova cavablayıb.
 

MÖVZU İLƏ BAĞLI:
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?


Mütəxəssis bildirib ki, fond hazırda "TələbəPlus" layihəsini yekunlaşdırmağa çalışır.
“Təhsil kartları” layihəsi isə hələlik müzakirə mərhələsindədir:
“Tələbə Plus” “VISA beynəlxalq ödəmə Şirkəti və Kapital Bank ilə birgə həyata keçirilir. Bu layihə Bakı və regionlarda olan (Mingəçevir, Gəncə, Lənkəran, Naaxçıvan ) 20 ali təhsil müəssisəsindən 170 min tələbəyə tətbiq olunub. Bu kartlar həm tələbələr üçün universitetə giriş-çıxış, həm təqaüd, həm də debit bank kartı kimi istifadə olunur. Yəni tələbə ona pul əlavə edə də bilir. Eyni zamanda bu kartla onlara müəyyən endirimlər, güzəştlər verilir. Kitab, geyim mağazalarında, kafe, restoran, kinoteatrlarda və s. Çünki bizim qurum Mədəniyyət Nazirliyi ilə müqavilə imzalayıb ki, bütün muzeylərdə, qalereyalarda tələbələrə bilet satışında 15 faiz endirim ediləcək”.
“Təhsil kartları”na gəlincə, mütəxəssis onların da eynən tələbə kartları kimi çoxfunksiyalı olacağını bildirib:
“Son günlər böyük marağa səbəb olan “Təhsil kartlar”ı layihəsi müəllimlər üçün nəzərdə tutulub və gələn ildən icrasına baçlanacaq. Hazırda layihə müzakirə mərhələsindədir. Bu səbəbdən onun hansı nə zaman, hansı ayda tətbiq olunacağını söyləmək çətindir. Layihə olduqca genişdir. Siz də bilirsiniz, müəllimlərin sayı tələbələrin sayından qat-qat çoxdur. Bu səbəbdən də layihənin hazırlıq işləri uzun zaman alır. Biz “Tələbə kartları”na başlamazdan qabaq böyük bir sorğu keçirmişdik ki, tələbələrimiz hansı endirimlərdən yararlanmaq istəyirlər? Bu kartın hansı mağaza, restoranlarda keçərli olmasını arzulayırlar? O sorğu nəticəsində də tərəfdaşlarımızın siyahısını müəyyən etdik və onlarla danışıqlara başladıq. Bütün bu proses eynilə müəllimlərlə də aparılacaq. Bu da vaxt alacaq. Daha sonra sorğuların cavabları, onların təhlili, kartların xaricdən sifarişi kimi məsələlər var. Eyni zamanda əməkdaşlıq etdiyimiz qurumların mühasibatlıqları ilə işləmək və s.  Bütün bunlar çox uzun zaman alır.  Həm fiziki, həm texniki baxımdan xeyli vaxt aparır”.
“Kartlar orta məktəb müəllimlərinə də şamil olunacaqmı” sualına gəlincə, Nərgiz Qədirova bu haqda da dəqiq məlumat verə bilməyəcəyini dedi: “Layihəyə kimlər qoşulacaq, necə olacaq, hansı güzəştlər, hansı imtiyazlar olacaq, bu haqda konkret məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, layihənin detalları növbəti ildə, yəni müzakirələrin sonunda dəqiqləşəcək. Bütün məsələlər, meyarlar onda bəlli olacaq. Ona görə də “Təhsil kartları”nın növbəti tədris ilindən tez reallaşması mümkün deyil”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri