Icma.az
close
up
RU
Şagirdlərin monitorinqləri: Əlavə stress, gərginliyə ehtiyac və əsas yoxdur

Şagirdlərin monitorinqləri: Əlavə stress, gərginliyə ehtiyac və əsas yoxdur

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, mayın 17-18-də dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib. Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub.

Bəzi valideynlər isə bildirirlər ki, keçirilən monitorinqlər uşaqlara fayda vermək əvəzinə onlarda qorxu və stress yaradır, hətta bəzən bu hallar sağlamlıq problemlərinə də səbəb olur.

Bəs bu monitorinqlərin əhəmiyyəti nədir?

Elmin Nuri, təhsil eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmir Nuri bildirib ki, " Təhsil haqqında" qanunun 14.2-ci maddəsinə əsasən təhsilalanların bilikləri, bacarıqları və vərdişləri summativ və formativ qiymətləndirmə ilə müəyyən edilir. Monitorinq imtahanları isə bu qiymətləndirmə mexanizmlərinə daxil deyil və məktəbdaxili yarımillik və illik qiymətlərin formalaşmasına heç bir təsir göstərmir.

Onun sözlərinə görə, başda şagirdlər olmaqla, onların müəllim və valideynlərinin heç bir əlavə stress, gərginliyinə ehtiyac və əsas yoxdur:

"Çünki bu, dediyimiz kimi qiymətləndirmə predmeti deyil və tamam başqa detalların dəyərləndirilməsinə xidmət edir. Həmin detallardan biri də şagirdlərin istifadə etdikləri dərsliklərin analizi, tədris materiallarının və proqramının keyfiyyət və faydalılıq göstəricilərinin müəyyən edilməsidir. Yəni, şagirdlərimiz burada özləri də bilmədən dərsliklər və tədris proqramı ilə bağlı hər hansı qərarın verilməsi üçün barometr rolunu oynamış olurlar. Bu prosesdə onların göstəriciləri, monitorinq nəticələri real barometr rolunu oynamış olur. Buna görə də monitorinqləri təhsilimiz adına faydalı hesab etmək olar".

Ekspert hesab edir ki, yerdə qalan hallarda isə monitorinq nəticələrinin aşağı-yuxarı olmasının şagirdin ümumi qiymətləndirilməsinə heç bir aidiyyatı yoxdur:

"Doğrudur, reallıq belə olsa da, yenə də məsələnin mahiyyətindən tam xəbərdar olmayan müəllimlər və əsasən də valideynlər həyəcan keçirir, şagird adına üzülürlər. Şagirdin öz yaşadığı stressdən isə danışmağa dəyməz. Çünki bütün reallıqları və təhlükəsiz tərəfləri ilə bağlı olsa da, bu da imtahanın bir növüdür. Nəticəsi heç nəyə təsir etməsə belə, şagird özünü yenə də sınanan, rəqabət mühitində olan biri kimi hiss edir”.

“Özümüzdən götürək, adi sınaq imtahanlarının nəyəsə təsir etməyəcəyini, əksinə faydalı olduğunu lap yaxşı bilirik. Amma yenə də sınaq imtahanı zalına girəndə stressli, gərgin olurduq. Çünki prosesin sonunda bizi valideyn və müəllimlərimizin ya tərifi, ya da danlağı gözləyəcəkdi. Şəxsən mən sınaq imtahanında etdiyim səhvlərə görə müəllim və valideynlərim tərəfindən elə danlanmışam ki, sanki o səhvdən mənim gələcəyim asılı olacaqmış... Bunları o səbəbdən deyirik ki, məsələnin şagird üçün biz görmədiyimiz pərdəarxası tərəfləri də var. O, əslində nəticələrə görə alacağı reaksiyalardan stress yaşayır", - deyə Elmin Nuri sonda vurğulayıb.

Günay Kərimi, psixoloq

Şagirdlərin psixologiyasından Bakıvaxtı.az-a bəhs edən psixoloq Günay Kərimi bildirib ki, ümumiyyətlə, uşaqlar məktəbə başladıqdan sonra bir neçə inkişaf dövründən keçirlər. Bura ibtidai sinif dövrü, ümumi məktəb dövrü və yeniyetməlik dövrü daxildir. Hər dövrün özünəməxsus inkişaf mərhələləri olur:

"Məktəb dövrü uşaqlara təlim və təhsil verir, onların inkişafına ciddi təsir edir. Bu dövr uşaqların həyatında olduqca vacib mərhələdir. İnsan inkişafında ilk növbədə tərbiyə, təlim və təhsil dayanır ki, bunların vəhdəti nəticəsində şəxsiyyət formalaşır".

"Hər bir uşaq məktəb dövrünü fərqli formada yaşayır və bu, onun inkişaf səviyyəsi, genetik potensialı və öyrənmə qabiliyyətindən asılıdır. Bəzi uşaqlar dərslərə adaptasiyada çətinlik çəkir, bu da psixoloji problemlərə səbəb ola bilər. Amma elə uşaqlar da var ki, dərsə maraq göstərir və qarşılarına çıxan çətinlikləri asanlıqla dəf edirlər", - deyə psixoloq qeyd edib.

Müsahibimiz vurğulayıb ki, monitorinqlər bəzi uşaqlarda çətinliklər, stress və qorxu yarada bilər:

"Amma elə uşaqlar da var ki, onlarda stress və qorxu müşahidə olunmur. Sadəcə dərsə maraqları yoxdur, vaxtlarını əsasən telefon və əyləncələrə sərf edirlər. Məktəb onlar üçün sadəcə gündəlik gəlib-getdikləri bir yerə çevrilir. Bu səbəbdən uşaqlara məktəbin, dərslərin mahiyyəti və əhəmiyyəti aydın şəkildə izah edilməlidir”.

Müsahibimiz qeyd edib ki, burada valideynlərin, müəllimlərin və məktəb psixoloqlarının rolu böyükdür:

“Uşaqların məktəbə adaptasiyası, dərslərlə bağlı çətinlikləri yaşamaması üçün bu üçlük valideyn, müəllim və psixoloq aktiv olmalıdır. Onlar uşaqların yanında olsalar, məktəb dövrü daha rahat və uğurlu keçər", - deyə Günay Kərimi vurğulayıb.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri