“Sağlam ailə modeli güclü gələcəyə zəmanətdir” layihəsinə start verildi
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən “Sağlam ailə modeli – güclü gələcəyə zəmanətdir” adlı layihənin icrasına başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi və gənc ailələrin sosial-psixoloji dəstəklə təmin olunmasıdır. Layihə çərçivəsində yeni ailə qurmuş gənclər və ailələr üçün psixoloq və hüquqşünas xidmətlərinin göstərilməsi, ailə dəyərlərinin təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Eyni zamanda layihə çərçivəsində ailədaxili münasibətlər, sağlam ünsiyyət bacarıqları, uşaqların düzgün tərbiyəsi və ailə mühitində qarşılıqlı anlayışın formalaşdırılması mövzularında podcastlar və qısametrajlı maarifləndirici videolar hazırlanaraq sosial şəbəkələr vasitəsilə ictimaiyyətə təqdim ediləcək.
Layihənin icrası zamanı ailələrin qarşılaşdığı sosial və psixoloji problemlərin həllinə dəstək göstərilməsi, sağlam ailə modelinin təşviqi və cəmiyyətin ailə dəyərləri barədə məlumatlandırılması əsas prioritetlərdən olacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















