Icma.az
close
up
RU
Sağlam dialoq və etibarlı MÜHİT: “Mövcud məsələdə romantizm yolverilməzdir”

Sağlam dialoq və etibarlı MÜHİT: “Mövcud məsələdə romantizm yolverilməzdir”

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sıravi vətəndaşlar siyasi prosesləri nəzarətsiz və cəngəllik qanunları ilə “yaşayan” sosial şəbəkələr vasitəsilə müşahidə edən zaman öz aktuallığını qorumaq üçün qalmaqal yaradan siyasətçiləri, iqtisadi və siyasi divident qazanmaq üçün intriqalardan bəhrələnən siyasətbazları, şəxsi siyasi ambisiyalarını ödəmək üçün xaricdən dəstək axtaran xainləri, siyasəti ucuz alver məkanına çevirmək arzusunda olan cılız siyasişivənləri gördüyü üçün zamanla siyasətə olan etibarları tükənə bilir. Əlbəttə ki, mövcud vəziyyətdən qərəzli şəkildə faydalanmaq istəyənlər də elə məhz həmin siyasətbazlardır. Təkcə elə buna görə deyə bilərik ki, müşahidə etdiyimiz bəzi hadisələr əsla təsadüfi deyil.

Cəmiyyətdə yaşanan həmrəylik mühiti radikallar üçün, daha dəqiq ifadə etsək, onların siyasətdə mövcudluqlarını qorumaq üçün real təhdid mənbəyidir. Radikal təfəkkür sahibləri cəmiyyəti ideoloji baxımdan parçalamaq, ixtilaf yaratmaq və manipulyasiyalar vasitəsilə ictimai münasibətləri qarşılıqlı ittihamlar müstəvisinə qədər çatdırmaq istəyirlər. Bu mənada radikal təfəkkür sosial-psixoloji xəstəlikdir və əksər hallarda bu cür xəstəlik xroniki xarakter daşıyır. Vətəndaş bu sadə siyasi həqiqətləri bilməli və mövcud məsələdə romantizm yolverilməzdir.

Odur ki, ixtilafı və açıq dözümsüzlüyü mümkünsüz edən siyasi dialoq və həmrəylik mühiti cəmiyyətin dayanıqlı inkişafını təmin edən siyasi dəyər kimi qəbul olunmalıdır. Mövcud obyektiv təsbit siyasi mənsubiyyət və şəxsi siyasi simpatiyalardan asılı deyil. Elə məhz buna görə də son beş il ərzində hakimiyyətin siyasi dialoq ilə bağlı olan bütün təşəbbüsləri həm vətənpərvər siyasi qüvvələr, həm ictimaiyyət tərəfindən təqdir olunmalıdır.

Dialoq siyasi münasibətlərə aydınlıq işığı saçaraq etibarlı və qarşılıqlı hörmət mühiti yaradır, dövlətin inkişafı naminə cəmiyyətdə olan potensialı səfərbər edir, siyasətin pozitiv məzmununu formalaşdırır, habelə dayanıqlı inkişafının ideoloji əsası olan milli birliyi daha da möhkəmləndirir.

Dialoqun dəyər baxımından ən önəmli pozitiv təzahürlərindən biri də odur ki, o siyasəti vətəndaşlar üçün əlçatan edir. Siyasətin əlçatanlığı isə demokratiyanın ən fundamental xüsusiyyətlərindəndir.

Qeyd olunanlar fonunda çəkinmədən deyə bilərik ki, hökumətin növbəti təşəbbüsü xüsusi çəkiyə malikdir. Belə ki, fevralın 25-də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” adlı dəyirmi masa təşkil olunmuşdur.

Sevindirici haldır ki, sözügedən tədbir mətbuatda kifayət qədər geniş şəkildə işıqlandırılmışdır. Qeyd olunan fakt özü-özlüyündə ondan xəbər verir ki, iqtidarın siyasi dialoqla bağlı olan bütün təşəbbüsləri açıq şəkildə ictimailəşdirilir. Yəni, bu dialoqda tərəf müqabili olan bütün siyasi partiyalara məcazi mənada əməkdaşlıq əllərini uzadan məhz iqtidardır. Bu təsbit də öz növbəsində təkzibolunmaz faktdır. Birliyi və həmrəyliyi inkar edən radikalların əllərini isə biz yalnız Azərbaycanın düşmənləri olan, xainciklərə sponsorluq edən qüvvələrin ciblərində tapa bilərik. Bilməli olduğumuz əsl həqiqət budur, digər məsələlər sadəcə təfərrüatlardır.

Bəli, qeyd olunan tədbir siyasi münasibətlər kontekstində geniş və peşəkar diskussiyalara layiq olan hadisədir. Yeri gəlmişkən bildirməliyik ki, sözügedən tədbirdə siyasi partiyaların rəhbərləri ilə yanaşı alim, siyasi şərhçilər və müxtəlif internet resurslarının rəhbərləri də iştirak etmişdir. Dolayısilə sağlam siyasi dialoq eyni zamanda Azərbaycanda ekspert cameəsinin də formalaşdırılmasına töhfə vermiş olur. Bu olduqca vacib amildir. Vətənpərvər və peşəkar ekspert cameəsinin mövcudluğu cəmiyyətin potensialını dövlətin inkişafı naminə səfərbər olunmasına xidmət edir.

Xüsusi olaraq diqqət yetirməli məsələlərdən biri odur ki, təşkil olunmuş sözügedən dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə Hesablama Palatasının nümayəndələri iştirak etmişdir. Bu cür format və tərkibdə təşkil olunmuş tədbirdə rəsmi dövlət qurumlarının nümayəndələrinin iştirak etməsi iqtidarın açıq və konstruktiv dialoqa müxalifəti dəvət etməsinin növbəti sübutu və göstəricisidir. Konstruktiv və peşəkar dialoqun digər forması hələ də icad olunmayıb və “müxalifət” bunu anlamalıdır. Küçə iğtişaşları dialoqa yox, məhz xaosa və tənəzzülə aparan yoldur.

Təsadüfi deyil ki, tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirmişdir.

Qeyd olunanlar deməyə əsas verir ki, siyasi dialoq təkcə siyasi partiyalar üçün yox, bütün vətənpərvər qüvvələr üçün unikal ideoloji platformadır.

Tədbir zamanı iştirakçılara xitabən Prezident Administrasiyasının rəsmisinin səsləndirdiyi növbəti sözlərinə diqqət yetirək: “Ötən 5 il ərzində biz sizlərlə bir yerdə münasibətlərdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin bir yolu qət etdik. Etibarlı tərəfdaşlıq bizim hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi… Siyasi baxışlarından asılı olmayaraq burada əyləşən hər kəsi birləşdirən amil dövlətə və dövlətçiliyə olan sədaqətdir, siyasi dialoqun gözəlliyi və gücü də elə bundadır.” Bəli, heç şübhəsiz ki, bu sözlər Prezident İlham Əliyevin dialoq siyasətinin fəlsəfəsinin mahiyyətini əks etdirir.  Mahiyyəti görməmək həqiqəti inkar etmək qədər zərərlidir.

Bir anlıq təsəvvür edin ki, konkret bir ailədə sağlam dialoq (ünsiyyət) və etibarlı mühit yoxdur. Şübhəsiz ki, həmin ailə davamlı mübahisə və problemlərin yaşamasına məhkum olacaqdır. Cəmiyyət isə böyük ailədir. İndi hər kəsə tam aydın olmalıdır ki, niyə radikal təfəkkür sahibləri bütün vəchlə dialoqa qarşı çıxış edir və ölkədə fəaliyyət göstərən siyasi partiyaları bu prosesdən yayındırmaq istəyirlər. Əlbəttə ki, burada sağlam niyyətdən söhbət belə gedə bilməz. Dialoqsuz mühit həm cəmiyyətdə, həm də ki, siyasətdə şübhə, böhtan və qalmaqallara qapı açır.

Sözsüz ki, alimlərin də bu mövzuya münasibəti maraqlıdır və bu həm də nəzərə alınmalıdır. Alimlərin nəzəri və ideoloji çalışmaları siyasi dialoqun dəyərlər sistemində təsbit olunmasına xidmət edir və ictimaiyyətin siyasi partiyalara olan münasibətini pozitiv mənada dəyişdirə bilər.

Ancaq “fəlsəfə” mütləq olaraq sual verməlidir, əks halda o öz mahiyyətini itirə bilər. Bu dəfə də tədbirdə iştirak edən tanınmış filosoflardan biri dolayısilə siyasi partiyaların sədrlərinə müraciət edərək soruşdu: “yenilik nədədir?” Bəli, hörmətli filosof ona işarə edir ki, dialoq eyni zamanda dayanıqlı inkişafı təmin edə biləcək əməkdaşlıq və rasional yeniliklərin açarıdır. Dialoq Vətən, millət, dövlət və dövlətçilik naminə vacib və faydalı yeniliklər yaratmaq, yaşatmaq qüdrətindədir. Ona görə də cəmiyyətin inkişafını istəyən bütün siyasi partiyalar və demokratik qüvvələr sağlam dialoqu dəstəkləməlidir. Ən azından ona görə ki, dialoqsuz vətəndaş cəmiyyətinin gələcək mövcudluğu sual altında qala bilər. Sözügedən tədbirin timsalında dialoq mühiti təşviq edən və müzakirələrə açıq olan iqtidar öz gücünə əmin olan, milli maraqlara sadiq qalan güclü tərəf kimi çıxış edir.

politoloq Asif Adil

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri