Icma.az
close
up
RU
Etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və strateji aktor

Etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və strateji aktor

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Bakı qlobal münasibətlər sisteminin aparıcı məkanı kimi...

Azərbaycan üzvü olduğu siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə daim seçilir. Qısa zaman kəsiyində BMT TŞ-ə sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən möqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu bir daha onu göstərir ki, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında Azərbaycana qarşı maraq təsadüfi xarakter daşımır - Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin  böyük miqyasını nümayiş etdirdi.

Azərbaycanın nüfuzunun göstəricisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin qlobal və regional diplomatiyadakı fəal rolunu bir daha nümayiş etdirdi. Bu formatda keçirilən tədbir yalnız siyasi baxımdan deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıqların qurulması üçün strateji platforma olaraq çıxış edir. Dövlət başçımızın bu zirvədə apardığı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlar arasında artan nüfuzunun və ona olan marağın bariz nümunəsinin təsdiqidir. Misal olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşünü göstərmək olar. Hər iki Aİ rəsmisi Azərbaycanı Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı adlandırıb, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Paralel olaraq Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da qeyd edilib. Bu bir daha onu göstərir ki, Azərbaycan yeni dövrdə dünyanın əsas istinad mərkəzlərindən biri kimi çıxış etmək iqtidarındadır.

Qlobal Cənubun etimadı...

Konkret olaraq həm Zirvə çərçivəsində baş tutan görüşlərdə, həm də toplantıda Azərbaycanın diplomatik çevikliyi və qlobal əməkdaşlığa açıq siyasəti ön planda tutulub. Tədbirlə bağlı KİV-lərin yayımladıqları xəbərlərdə, videogörüntülərdə bütün Avropa kontingentinin ölkəmizə qarşı xüsusi maraq göstərməsi açıq şəkildə bəlli olur. Vurğulandığı kimi, bunun arxasında yorulmaz fəaliyyət və bütövlükdə qlobal proseslərə ədalətli yanaşma dayanır. Məhz bu kimi davranışlar və mövqe ikitərəfli münasibətlərin inkişafını, enerji təhlükəsizliyi prizmasından əlaqələrin daha da intensivləşdirilməsini, nəqliyyat marşrutlarının effektivliyinin artırılmasını, “yaşıl enerji” və geosiyasi çağırışların açıq müzakirəsini təmin edir. Bu kimi görüşlərdə dövlətlərin qarşılıqlı real əməkdaşlıq platformaları üçün nə qədəqr açıq olduğu bəlli olur.

Qeyd edildiyi kimi, Avropa ölkələrinin prezidentləri, baş nazirləri və digər yüksəkvəzifəli şəxslər ilə hətta qısamüddətli olsa belə aparılan danışıqlar Avropa liderlərinin Azərbaycana verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Bu, bir tərəfdən Azərbaycanın Qlobal Cənubda artan rolunu da təsdiqləyir. Bakı yalnız Şərqə doğru inteqrasiyanın körpüsü sayılmır. Həm də Qlobal Cənubla əlaqələrdə vacib dövlət kimi xarakterizə olunur. Qlobal cənubun təmsilçilərinin ölkəmizə olan inamı yaranan əməkdaşlıq platformalarının dayanıqlığını daha da artırır. 

Dayanıqlı təhlükəsizlik amili...

Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Məhz Tirana tədbiri də özündən əvvəlki enerji əməkdaşlığı və nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bağlı mövzuların daha da irəliyə daşınmasına vəsilə oldu. Azərbaycanın Avropa üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktaloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, “yaşıl enerji” layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi görüşlərdə ön plana çəkilir.

Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Ermənistanla normallaşma prosesi, post-münaqişə reallıqları və sülh müqaviləsi perspektivi də yeni dövrün təhlükəsimzlik arxitekturasının möhkəm şəkildə qurulmasına əminlik yaradır. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.

Beləliklə, Avropa Siyasi Birliyi Zirvəsi ölkəmizin beynəlxalq aləmdə yeni dövrün əsas ölkələrindən biri kimi təsdiqində növbəti mərhələyə çevrildi, Avropa məkanında və daha geniş coğrafiyada etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və strateji aktor kimi qəbul edildiyini bir daha təsdiqlədi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyevin diplomatik fəallığı Azərbaycanın regional və qlobal miqyasda maraqlarının qorunmasında mühüm rol oynayır və ölkəmizin xarici siyasət strategiyasının effektivliyini nümayiş etdirir...

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri