Icma.az
close
up
RU
Sağlam dietanın gizli dostları

Sağlam dietanın gizli dostları

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Başlayacağınıza söz verdiyiniz dietalar üçün neçə bazar ertəsini geridə qoydunuz? Arıqlamaq üçün hazırladığınız qadağalar siyahısının neçə maddəsinə əməl etdiniz? Sağlam şəkildə ideal çəkinizə çatmaq üçün etdiyiniz dietaların neçəsinin düzgünlüyündən əminsiniz? Bir çox dieta sizə karbonhidratları həyatınızdan çıxarmağı məsləhət görür. Lakin bir çox sağlam karbonhidrat arıqlamağa kömək edən əsas vasitələrdən biridir. 

Karbonhidratlar doğurdan da arıqlamağın düşmanıdır?

Bir çox insan üçün arıqlamaq böyük mübarizəyə çevrilir. Çünki nə qədər çalışsa da, hədəflədiyi ideal bədən formasına çatmaq mümkün olmur. Bunun bir neçə səbəbi olsa da, dieta və arıqlama mövzusundakı məlumat qarışıqlığının böyük payı var. Xüsusilə, karbonhidratların arıqlamaqla bağlı məlumatları çox mənfidir. Lakin karbonhidratlarla bağlı bu fikirlərə görə diyetanı yönləndirmək düzgün yanaşma deyil. Əksinə bir çox sağlam karbonhidratlar kilo vermə prosesini sürətləndirir və arıqlamağa kömək edir. Makro qida maddələri, bədəninizin enerji istehsal etməsi və enerji səviyyələrini tənzimləməsi üçün ən vacib qidalar arasında yer alır. Buna görə də tamamilə karbonhidratın kəsildiyi diyetalara inanmaq, arıqlamaqla bağlı məqsədlərinizi pozacaq və hətta sağlamlıq problemlərinə yol aça biləcək. 

Daha çox yulaf, daha fit bədən

Yulaf tərkibində betoqlukan adlı suda həll olunan liflər saxlayır. Bu liflər həm qan şəkərini tənzimləyir, həm də həzmdə köməkçi olur. Eyni zamanda yulaf, dəmir, sink, E vitamini və B qrupu vitaminlərinin qaynağıdır. Səhər yeməklərinizdə və ya ara yeməklərinizdə istifadə edə biləcəyiniz yulaf, ürək xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Diyetaların vacib inqrediyenti kinoa (quinoa)

Tam taxıllı bir qida olan kinoa sağlam formada arıqlamaq istəyənlərə çox kömək olur. Yüksək protein dəyəri ilə kinoa, arıqlamağı asanlaşdırır, eyni zamanda idman edənlər üçün əzələ yığılmasını asanlaşdırır. Gluten intoleransı olanlar üçün rahatlıqla istifadə edilə bilən qidadır. Glisemik indeksi çox aşağı olan kinoa, B3 və E vitaminləri, həmçinin maqnezium, manqan, mis, dəmir, kalsium, folat, fosfor, sink, kalium və omega-3 baxımından da olduqca zəngindir. Lifli tərkibi ilə bağırsaqları işlədib, təmizləyir və qəbizliyə yaxşı təsir göstərir. B qrupu vitaminləri ilə zəngin olan kinoa, metabolizmanı sürətləndirir və yediklərimizin enerjiyə çevrilməsini asanlaşdırır. Eyni zamanda uzun müddət tox saxlayır.

Karabuğday

Glutensiz taxıl növü olan karabuğday yüksək protein və lif tərkibi ilə diyeatanın vacib inqrediyentidir. İçində doymamış yağ turşuları, amin turşuları, antioksidantlar (flavonoid), B1, B2 və E vitaminləri, həmçinin fosfor, maqnezium, mis və sink mövcuddur. Az yağlı tərkibi ilə arıqlamaq üçün ideal olan karabuğday həmçinin uzun müddət tox saxlayır. İçindəki maqnezium sayəsində karabuğday istehlak edənlərin qan şəkəri səviyyəsi balansda qalır.

Şirin kartof

Şirin kartof liflə zəngin qidadır. 1 ədəd orta boy şirin kartofda təxminən 112 kalori var. Zəngin mineral və vitamin deposu olan şirin kartof, eyni zamanda antioksidan mənbəyidir.

Bananın karbonhidrat olduğunu bilmirdiniz?

Karbonhidratlar deyəndə makaronlar, çörəklər ağıla gəlir, lakin bir çox tərəvəz və meyvə də karbonhidratlar qrupuna daxildir. Bunlardan ilk sırada olan banan enerji səviyyəsini artıran və uzun müddət tox saxlayan möcüzəvi bir qidadır. Bir çox insan içindəki şəkər miqdarı səbəbi ilə diyetalarında banana tərəddüdlə yanaşır, amma içərisindəki lif, natrium, kalium, maqnezium, A, E, K, C vitaminləri ilə metabolizmanın sürətlənməsinə dəstək olur. Yeterli miqdarda istifadə edildikdə, arıqlamağı asanlaşdırır və şirin yemək istəyini boğur. Lif tərkibi sayəsində həzm sistemini tənzimləyir və depressiyanın öhdəsindən gəlməyə kömək edir. İçərisindəki kalium və maqnezium sayəsində ürəyi müxtəlif xəstəliklərdən qoruyur.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see150

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see137

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see135

Almaxanım ana oldu

04 İyul 2025 15:22see126

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see126

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see123

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see122

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see120

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see120

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see120

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see120

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see117

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see117

Dövlət qurumlarının sistemində problem, qadın doğuma görə müavinəti ala bilmir ŞİKAYƏT/RƏSMİ AÇIQLAMA

03 İyul 2025 16:14see115

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see115

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see114

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri