“Sağlam həyat naminə narkotikə yox deyək” mövzusunda tədbir keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Kürdəmir Peşə Liseyində maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, “Sağlam həyat naminə narkotikə yox deyək” mövzusunda keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, rayon polis şöbəsinin nümayəndəsi, liseyin direktoru, müəllim heyəti, aidiyyəti qurumların nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















