Sağlamlığınızı ChatGPT yə həvalə etməyin!
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Süni intellektin tibbi məsləhət üçün istifadəsi ilə əlaqəli ən çox yayılmış təhlükə dərmanların həddindən artıq dozasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) məlumat yayıb.
Bildirilir ki, Fransada 2024-cü ildən bəri süni intellekt məsləhətləri ilə bağlı səkkiz mənfi reaksiya halı qeydə alınıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Agentliyin məlumatına görə, qeydə alınan hadisələr arasında süni intellektlə məsləhətləşmələrdən sonra parasetamolun həddindən artıq dozasının iki halı da var. Səhvlər həmçinin antibiotiklər və allergiya əleyhinə dərmanlarla bağlı olub.
ANSM xəbərdarlıq edib ki, süni intellekt fərdi xəstələr üçün qeyri-dəqiq, ziddiyyətli və ya uyğunsuz məlumat verə bilər.
Agentlik insanları "chatbot" məsləhətlərinə əsasən dozaları dəyişdirməməyə və ya təyin olunmuş dərmanları dayandırmamağa çağırıb. Mütəxəssislər süni intellektin səhiyyə işçisi ilə məsləhətləşməni əvəz edə bilməyəcəyini vurğulayıblar.
Baxış sayı:93
Bu xəbər 26 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















