Icma.az
close
up
RU
Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.


Kamil Şahverdi
"O dövrdə ədəbiyyat dili, poeziya dili fars dili hesab olunurdu. O, təkcə ana dilində yaradan şairləri , Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sahəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi." (T. N. Nəcəfli. Bütov Azərbaycanın qurucusu: görkəmli dövlət xadimi Şah İsmayıl Səfəvi. s. 89.)
Təsadüfu deyil ki, Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şeirlərinə cavab yazmış, ilk böyük əsəri "Bəngü Badə"ni ona ithaf etmişdir.

AXC tarixinin və mühacirət hərəkatının əvəzsiz tədqiqatçısı, elmlər doktoru, istedadlı jurnalist və publisist Dilqəm Əhməd 2022-ci ildə Məhəmməd Əmin Rəsulzadənin Şah İsmayıl haqqında söylədiyi fikirlərini üzə çıxararaq Teleqraf.az saytında oıduqca maraqlı məqalə dərc etmişdi. Həmin məqalədə Məhəmməd Əmin Rəsulzadənin Şah İsmayıl haqqında fikirlərini burda qeyd etmək yerinə düşər:
"İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bit İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdir. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi.


Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk toplumlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə "Xətai" təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanll sarayının Səfəvilərə yazdıqları motalar farsca idi. Rəsmi türk dövlətlərində misalı yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla "Türki-tacdar" deyə xitab edirlərdi.
İştə Tüfeyli adında bir şairin ona yazdığı xitabdan bir parça:
Qovsalar, eldən, ulusdan qövm ilə qardaşlar,
Dostlar düşmən olubən min atarsa daşlar,
Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar
Qılmazam, vallahi, Türk-tacdarın tərkini.

Bu dövrdəki şairlər yalnız "Taclı türk"ə deyil, onun da xitab etdiyi ədil türk kütləsinə müvəffəqiytlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışılardı. Sonralar İran ideolojisi-deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır."
(Dilqəm Əhməd. "Şah və qurucu". teleqraf.az. 17.07.2022.)

Şah İsmayıl dövrünün görkəmli musiqiçilərinə, ozan-aşıq sənətinin məşhur nümayəndələrinə böyük ehtiram göstərmiş və onların öz yaradıcılıqlarını inkişaf etdirmələri üçün böyük imkanlar yaratmışdır. Səfəvilər sarayındakı ədəbi məclislərdə musiqiçilər də iştirak edər və məclis üzvlərinin şeirlərinə musiqilər bəstələyib ifa edərdilər. Tam əminliklə deyə bilərik ki, Şah İsmayıl sarayında muğam sənəti öz inkişafının ən ali mərhələsinə yetmişdir. Musiqiçilər, muğam ustadları sevimli şaha hörmət və ehtiram əlaməti olaraq "Şah Xətai" muğamını yaratmışdılar. Bu sənət əsəri günümüzə qədər gəlib çatmış, hal-hazırda "Bayatı Qacar" muğamının son şöbəsi kimi, dəstgaha ayaq verməzdən qabaq ifa olunur. Həmçinin "Şur", "Dügah" "Dəşti" muğam dəstgahlarında da "Şah Xətai" şöbəsi və ya guşəsi mövcuddur. Ən maraqlısı budur ki, Şah Xətai şöbəsi və ya guşəsi hər muğamda fərqli intonasiyada, fərqli melodik-harmonik quruluşda ifa olunur.
Muğamat çox demokratik bir sənət növüdür. Ustadlar tərəfindən şagirdlərə şifahi şəkildə öyrədilir. Yazıya alınmadan milli yaddaşda nəsildən nəsilə keçir. Muğam sənətinin demokratikliyi ondadır ki, ifaçıya improvizasiya imkanı verir. Yəni, qaydalar çərçivəsində özəl gəzişmələrə, əlavə keçidlərə, xallara imkan verilir. Bunu bacarmaq isə ən böyük ustad sənətkarlara nəsib olur. Muğam sənəti tarixində hər hansı bir şöbənin və ya guşənin ayrıca bir dəstgaha və ya əksinə, vaxtı ilə dəstgah kimi ifa olunan bir muğamın sonralar şöbəyə və ya guşəyə çevrilməsi faktları kifayət qədərdir. Bu dəyişikliklərin baş verməsi muğam sənətinin inkişafına, təkmilləşməsinə xidmət etmiş və etməkdədir. Düşünürəm ki, məhz buna görə ustad sənətkarlar, böyük alimlər, musiqi xadimləri muğamatın yazı formatına salınmasına bilərəksən səy göstərmımişlər. Səfiəddin Urməvi (1216-1294), Abdulqadir Marağayi (1353-1435), Mahmud Marağayi (Abdulqadir Marağayinin nəticəsi, 16-cı yüzillikdə, Osmanlı hökmdarı Sultan Süleyman Qanuni sarayında baş musiqiçi kimi fəaliyyət göstərmişdir) kimi bütün Şərq aləminin böyük alimləri, milli musiqimizin mahir biliciləri, görkəmli musiqişünaslar, bəstəkarlar, mükəmməl musiqi sisteminin yaradıcıları olduqları halda musiqi yazı sistemi yaradılmamışdır. Doğrudur, Səfiəddin Urməvi hərfi-ədədi üsulla yazı sistemi yaratmış, yəni səslər hərflərlə, ölçüləri rəqəmlərlə göstətilmiş, Abdulqadir Marağayinin "Came əl-əlhan" (Melodiyalar məcmuəsi) musiqi nəzəriyyəsinə aid əsərində not yazısı nümunələri verilmişdir. Lakin sistem halında muğamların yazıya alınması olmamışdır. Düşünürəm ki, orta əsr musiqiçi alimlər böyük dərya olan muğamatı çərçivəyə salmamaq üçün, daim inkişafına və kamilləşməsinə şərait yaratmaq üçün şifahi üsulla bu böyük sənət nümunəsinin nəsildən nəsilə ötürülməsini daha məqbul sanmışlar. (Bu mənim subyektiv mülahizəmdir. Alimlərimiz tərəfindən inkar edilə bilər). Çünki, yazı həkk olunma, möhürlənmə deməkdir. Yazıya alınsaydı, demək ki, 500 il, 700 il, 1000 il bundan qabaq necə yazılıbsa, elə də ifa olunmalıdır. Yazıya alınmış hər hansı bir əsəri dəyişmək, inkişaf etdirmək mümkünsüzdür. O səbəbdən də muğam sənəti olduqca demokratik sənət nümunəsidir və qüdrətli ustadlar bu sənəti daha da inkişaf etdirmək imkanına malikdirlər. Necə ki, milli muğamlarımız əsrlərlə böyük inkişaf yolu keçərək günümüzə qədər gəlib çatmışlar.
Şübhə yoxdur ki, "Şah Xətai" zamanında müstəqil muğam olmuş, sonrakı dövrlərdə "Bayatı Qacar" "Şur", "Dəşti" və "Dügah" muğamlarının tərkibində şöbə və guşə kimi ifa edilərək günümüzə gəlib çatmışdır.

*. *. *. *. *

Şah İsmayıl Xətainin ana dilli Azərbaycan poeziyasının, incəsənətinin, musiqisinin, o cümlədən aşıq yaradıcılığının dövlət himayəsinə alması bütovlükdə milli mədəniyyətin inkişafına böyük töhfə olmuşdur. Bütün digər sənət sahələrinə olduğu kimi qüdrətli dövlət xadimi, güclü sərkərdə və böyük şair aşıqlara, saz-söz ustadlarına da xüsusi diqqət və qayğı göstərmiş, aşıq sənətinin şifahi ənənədən saray səviyyəsinə yüksəlməsinə, əsaslı imkişaf mərhələsinə keçidinə şərait yaratmışdır. Şah İsmayıl Xətai və aşıq yaradıcılığı olduqca böyük bir mövzudur və bu mövzunu bir yazıda tam əhatə etmək mümkünsüzdür. Amma istərdim ki, bu mövzuya aid bir neçə vacib faktı diqqətinizə çatdırım və Şah İsmayıl Xətainin aşıq yaradıcılığının inkişafına verdiyi töhfələri, ustad aşıqlarla münasibətlərinə dair bəzi məqamları diqqətinizə çatdırım.

seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Sentyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri