Icma.az
close
up
RU
Şah oğlunun müraciəti və xalqların arzusu: Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi

Şah oğlunun müraciəti və xalqların arzusu: Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail-İran münaqişəsində hərbi fazanın yüksələn xətti onu göstərir ki, proses daha da irəliləsə, İrandakı mövcud rejim məğlub olacaq və hakimiyyət dəyişikliyi qaçılmazdır. 

Bu isə İran daxilində müxtəlif qüvvələrin fəallaşmasına və yenilən mövcud rejimin əvəzlənməsində önə çıxmağa çalışmasına imkan yaradır. Daxildə və mühacirətdə olan müxalif qüvvələr İranın daxilində öz tərəfdarlarını fəallaşdırmaq və gözlənilən şəraitdən maksimum istifadəyə çalışırlar. 

Bu qüvvələrdən biri də 1979-cu ildə devrilən şah Məhəmmədrza Pəhləvinin sürgündə olan oğlu Rza Pəhləvidir. Hadisələrin indiki halında situasiyanı öz xeyrinə dəyişmək üçün Rza Pəhləvi videomüraciətlə İran xalqına üz tutub və bildirib ki, artıq orada olan rejim dağılmaq üzrədir. 

Rza Pəhləvi xalqı etirazlara çağıraraq, İranı geri almağın zamanı olduğunu xüsusi vurğulayıb. Pəhləvinin bu çıxışı İran rejiminə müxalif qruplar tərəfindən ciddi müzakirələrə yol açıb. Onlar ABŞ və İsrailin planında yenidən şah rejiminin geri qaytarıb-qaytarılmayacağı ilə bağlı hansı düşüncələrin olduğunu proqnozlaşdırmaqda çətinlik çəkirlər. 

Bununla belə, Pəhləvilərin bu fürsətdən istifadə etməsinə imkan verilməyəcəyi qənaətindədirlər. Hesab edirlər ki, Pəhləvinin özünün, eləcə də keçmiş şah rejiminin İranda sosial dayağı yoxdur. İranda indiki rejim qədər şah rejiminə də kəskin etiraz var. Müasir İran cəmiyyəti dünyaya açılmaq, teokratik və avtoritar rejim deyil, demokratik rejim arzusundadır. 

Ona görə də mövcud rejimin dəyişməsi və yeni müasir demokratik respublika qurulmasını istəyən müxalif kəsim növbəti bir avtoriatarizmin yolverilməz olduğunu düşünür. Rza Pəhləvi uzun illər özünü İran rejiminin siyasi alternativi kimi təqdim etməyə çalışsa da, əslində onun İslam İnqilabı Keşikçiləri Korpusu, Xameneyi hakimiyyəti ilə gizli əlaqələri barədə məlumatlar olub. 

İranda zaman-zaman xalq etirazları zamanı xüsusilə də Fransanın siyasi dəstəyi ilə Rza Pəhləvinin meydanda görünməsi aksiyaların dayanması və xalqın meydandan çəkilməsi ilə nəticələnib. Yəni İran vətəndaşları mövcud hakimiyyətlə şah rejimi arasında fərq görməyiblər. İndi isə geosiyasi şəraitin dəyişməsi İran rejiminin çöküşünü xeyli yaxınlaşdırıb. 

Görünür, Pəhləvinin nəvəsinin iyunun əvvəlində İsrail vətəndaşı olan yəhudi ilə evlənməsi onun yaranmış vəziyyətdən öz nəfinə istifadə etmək məqsədi daşıyır. Ancaq onun alternativ güc mərkəzi kimi İran daxilində siyasi dayağı yoxdur. İranda mərkəzi hakimiyyət devriləcəyi təqdirdə xalq inqilabı və ya siyasi xaos baş verə bilər. 

Bu zaman hadisələrin daha çox iki istiqamətdə inkişaf edəcəyi proqnozlaşdırılır. Birinci variant İranda yaşayan xalqların öz müstəqilliyini elan etməsi fonunda ölkənin parçalanmasından ibarətdir. İkinci ehtimal hakimiyyətin öz daxilindən çıxan müəyyən siyasi qrupun hakimiyyəti ələ alaraq dünyəvi dövlət modeli qurmasıdır. 

Üçüncü və nisbətən az ehtimal olunan ehtimal isə zəifləmiş İran rejiminin qalması fonunda hadisələrin 2011-2024-cü illərdə Bəşər Əsədin dövründə olduğu kimi Suriya modeli üzrə inkişaf etməsidir. Hər üç halda İran hakimiyyətində Rza Pəhləviyə yer görünmür. 

“Cebheinfo.az”-a mühacirətdə olan müxalif şəxslərdən daxil olan məlumatlara görə, İran dağıldığı halda bu kimi yeni adla növbəti köhnə rejimlərin bərpasına imkan verilməsi mümkün deyil. Xalqlar demokratik cəmiyyət arzulayırlar. 

İllərlə mövcud olan avtoritar və teokratik rejimlər orada yaşayan xalqlara xoşbəxtlik gətirməyib. Pəhləvilər sülaləsinin hakimiyyəti dövründə İranda yaşayan xalqlara və xüsusən qeyri-fars millətlərə qarşı qəddar münasibət və repressiyalar unudulmayıb. 

Bu səbəbdən də hazırda İrandakı teokratik rejimin devrilməsini arzulayan xalqların heç biri Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmaq və konstitusiyalı monarxiya adı altında şahlıq üsul-idarəsini bərpa etməsini istəmir. Ona görə də milli müqavimət qüvvələri öz fəaliyyətlərində, tərəfdarlarına müraciətlərində bunu da nəzər alırlar. 

“Cebheinfo.az”

Açar sözlər: İsrail iran münaqişə Rza Pəhləvi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri