Şahbaz Şərif Pakistanın Suriya ilə bağlı mövqeyini açıqladı
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Suriyanın XİN rəhbəri Əsəd əş-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
"Pakistan Qolan təpələri üzrə Suriyanın mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək", - hökumət başçısı deyib.
Şərif İslamabadın Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini xatırladıb.
Əş-Şeybani həmsöhbətini davam edən siyasi keçid prosesi və Suriyanın bərpası üzrə səylər barədə məlumatlandırıb.
O, son illər ərzində Suriyaya göstərilən ardıcıl dəstəyə görə Pakistana təşəkkür edib və hökumətinin ikitərəfli qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində, o cümlədən əməkdaşlığın institusional mexanizmlərinin tezliklə yaradılması vasitəsilə maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin Pakistanın Baş nazirinin müavini və XİN rəhbəri Məhəmməd İshaq Dar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Avqust 2026 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















