Şahbulaq qalası altında alban tarixi irsi
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Arxeoloqlar Ağdam rayonu ərazisində Qarabağ xanlığının ikinci paytaxtı olmuş Şahbulaqda axtarış apararkən daha qədim dörə – Qafqaz Albaniyasına məxsus yaşayış məskəni aşkar ediblər.
Bu barədə mediaya açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov məlumat verib. Alim bildirib ki, qədim Azərbaycan dövlətlərindən olan Qafqaz Albaniyasının adı tarixi yazılı mənbələrdə ilk dəfə eramızdan əvvəl IV əsrin sonlarından etibarən çəkilir. Azərbaycan ərazisində aparılmış çoxillik arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri bu dövlətin yazılı mənbələrdə adının çəkilməsindən daha əvvəl mövcud olduğunu deməyə əsas verir.
Sərhədləri şimalda Baş Qafqaz silsiləsi, qərbdə İberiya, cənubda Araz çayı, cənub-şərqdə Atropatena, şərqdə Xəzər dənizi ilə hüdudlanan Albaniya indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı, Dağıstanın cənub-şərq hissəsini, Şərqi Gürcüstanın İori-Alazan çayları vadilərini və müasir Ermənistan Respublikasının bütün ərazisini əhatə edirdi.
Azərbaycanda Qafqaz Albaniyasına aid abidələrin tədqiqi mütəmadi olaraq aparılır və bu istiqamətdə tədqiqat işləri davam edir. Qarabağ işğal altında olduğu dövrdə Azərbaycan arxeoloqları üçün burada yerləşən digər dövrlərə aid arxeoloji abidələrlə yanaşı, alban xristian abidələrində ermənilər tərəfindən aparılmış qeyri-qanuni arxeoloji tədqiqat, bərpa və konservasiya işləri də qaranlıq olaraq qalırdı.
N.Alışov qeyd edib ki, Arxeologiya və Antropologiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Qarabağ və Şərqi Zəngəzur ərazilərində 2021-ci ildən başlayaraq mütəmadi olaraq arxeoloji kəşfiyyat və tədqiqat işləri aparılır. Bu istiqamətdə ilk tədqiqata cəlb edilən abidələr Ağdam rayonu ərazisində yerləşən Şahbulaq qalası ətrafındakı alban xristian abidələri olub.
Buraya, həmçinin Şahbulaq qalası və onun ətrafındakı ərazilər, Şahbulaq bulağı üzərində yerləşən dini tikililər, antik dövrə aid qala divarları ilə əhatə olunan yaşayış komplekslərinin qalıqları daxildir.
Bu abidələr ermənilər tərəfindən vandalizmə məruz qalıb. Burada aşkar edilmiş bazilika tipli iki məbəd kompleksinə də ümumi baxış keçirilib.
Azərbaycan Turizm Agentliyinin maliyyə dəstəyi ilə kompleks ətrafında arxeoloji qazıntılar rəhbərliyimlə başlanılıb və hazırda bu işlər Arxeologiya və Antropologiya İnstitutunun Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi tərəfindən davam etdirilir.
R.TAHİR
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















