Icma.az
close
up
RU
Şahdəniz də yeni layihə üzrə investisiya qərarı yayda qəbul olunacaq

Şahdəniz də yeni layihə üzrə investisiya qərarı yayda qəbul olunacaq

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şahdəniz Kompressiya" layihəsi üzrə son investisiya qərarının bu ilin iyun ayında qəbul olunacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, layihənin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin təqdimatı keçirilib və hazırki mərhələdə onun hökümət tərəfindən təstiq olunması gözlənilir.

"Sənədin təqdimatını elədik və hazırda gözləyirik ki, onu hökümət təsdiq eləsin. Hökümətin təsdiq etməsi o deməkdir ki, artıq layihənin icra mərhələsinə başlanılır. Amma icra mərhələsindən əvvəl layihə üzrə yekun investisiya qərarı verilməlidir. Yekun investisiya qərarının qəbul olunması yayda gözlənilir, ən geci - bu ilin ikinci rübünün sonu. Mən eşitdiyimə görə, iyun ayında planlaşdırılıb", - Tamam Bayatlı qeyd edib.

O bildirib ki, yekun investisiya qərarı qəbul olunduqdan sonra tenderlərin elan olunması və icraçıların seçimi prosesinə başlanılacaq.

"Hazırda "Şahdəniz"də bütün diqqət "Şahdəniz Kompressiya" layihəsinə yönəlib", - Tamam Bayatlı vurğulayıb.

Xatırladaq ki, “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə fəaliyyətlərin qrafikinə əsasən 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” (ŞDA) platformasından və 2030-cu ilin ortalarında “Şahdəniz Bravo” (ŞDB) platformasından ilk qaz (alçaq həzyiqli – red.) hasilatı nəzərdə tutulur.

“Şahdəniz Kompressiya” layihəsinə elektriklə çalışan Əsasən Heyətsiz Qurğu (eƏHQ) yəni, heyətsiz Şahdəniz Kompressiya (ŞDK) platforması, mövcud ŞDA və ŞDB platformalarından qazın ixracı/idxalı üçün yataqdaxili sualtı qaz boru kəmərləri, qurğunu elektrik enerjisi ilə təchiz etmək və ŞDB-ŞDK platformaları arasında birləşdirici EFOK-u ehtiyat enerji ilə təchiz etmək üçün ümumi elektrik və fiber optikkabel (EFOK) daxildir.

ŞDK platforması ŞDA və ŞDB platformalarında qaz kompressiyası üçün baş qurğu qismində xidmət göstərəcək. O, ŞDB platformasından təxminən 3km məsafədə suyun 85m dərinliyində yerləşəcək. Səngəçal Terminalına ixrac edilməzdən qabaq ŞDA və ŞDB-dən gələn qaz, mövcud ŞDA və ŞDB qaz ixrac boru kəmərlərindən istifadə edilərək, ŞDK platformasında kompressiya olunacaq.

Görüləcək işlər ŞDA, ŞDB platformalarının və Səngəçal Terminalının mövcud infrastrurunda aparılacaq. Səngəçal Terminalında (elektrik enerjisini qəbul edən və ötürən dəstin quraşdırılmasından başqa) yeni infrastruktur tələb olunmayacaq və terminalın ərazisi genişləndirilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri