Icma.az
close
up
RU
Qari Cons: Şahdəniz Kompressiya layihəsi ilə üzrə yekun investisiya qərarı sabah imzalanacaq

Qari Cons: Şahdəniz Kompressiya layihəsi ilə üzrə yekun investisiya qərarı sabah imzalanacaq

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 3-də Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində "Şahdəniz Kompressiya" (SDC) layihəsi ilə bağlı yekun investisiya qərarı imzalanacaq.

Bunu "Report"a açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, bu gün imzalanan müqavilə həqiqətən böyük hadisədir: "Səkkiz il əvvəl buraya gələndə belə bir sənəd imzalayacağımı düşünməzdim. Bu fantastikdir və enerji keçidini əks etdirən əhəmiyyətli bir addımdır. İmzaladığımız sənəd ilə Cəbrayılda yerləşən "Şəfəq" Günəş Elektrik Stansiyasında (GES) istehsal olunacaq elektrik enerjisi "AzərEnerji" ASC-yə satılacaq. Əvəzində "AzərEnerji"dən Səngəçal terminalının dekarbonizasiyası məqsədilə eyni həcmdə elektrik enerjisi alacağıq. Bu, terminalın karbon emissiyasını 50 % azaltmağa şərait yaradacaq. Beləliklə, sərbəst qalan qaz Cənub Qaz Dəhlizi vasitəsilə tədarük olunacaq".

Q. Cons qeyd edib ki, BP-nin Azərbaycanda dekarbonizasiya istiqamətində növbəti addımı "Şahdəniz Bravo" platforması ilə bağlı olacaq:

"İki platforma arasında elektrik kabeli çəkmişik və bu sayədə yalnız birində enerji istehsalı kifayət edəcək. Növbəti mərhələ isə həmin platformanın tam elektrikləşdirilməsidir. Sabah isə Xəzər dənizində həyata keçiriləcək növbəti mühüm layihə - "Şahdəniz Kompressiya" üzrə yekun investisiya qərarı rəsmiləşdiriləcək".

Qeyd edək ki, "Şahdəniz Kompressiya" layihəsinə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin "Alpha" və "Bravo" platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir.

Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan, platformadan qazma işləri aparılmayacaq. SDC qazın kompressiyası üçün hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək.

Yeni platforması olacaq "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. "Shah Deniz Alpha" və "Shah Deniz Bravo" platformalarından hasil ediləcək aşağı təzyiqli qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, təzyiq artdıqdan sonra isə "Səngəçal" terminalına daxil olacaq.

"Shah Deniz Compression" platforması "Shah Deniz Alpha" platformasından 10 km, "Shah Deniz Bravo" platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, həmçinin sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026-cı və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir.

2029-cu ilin yanvar-iyul aylarında SDА, 2030-cu ilin aprel-may aylarında isə SDB platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri