Icma.az
close
up
RU
Sahib Məmmədovun onlayn putyovka biznesi Möhbalıyev yolu gedir

Sahib Məmmədovun onlayn putyovka biznesi Möhbalıyev yolu gedir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Möhbalıyev dövründən bugünədək düzəlmir ki, düzəlmir. AHİK sədri postuna Sahib Məmmədov gətirildikdən sonra da qurumda ciddi irəliləyiş olmayıb. İqtisadiyyat nazirinin müavini olmuş S. Məmmədovun AHİK-də dərin islahatlar aparacağı gözlənilsə də, idarəçilikdə, şəffaflıqda, "putyovka"ların verilməsində dəyişikliklər olmadı. Bu da qurumun qaldığı yerdən - Möhbalıyev dövründən fəaliyyətini olduğu kimi davam etdirməsinə gətirib çıxarıb. Halbuki Sahib Məmmədov genişmiqyaslı işlər həyata keçirə bilərdi. Çünki AHİK ciddi bir korrupsiya, yeyinti, maxinasiya yuvalarından biridir. Xüsusən də kurort mərkəzlərinə göndərişlərdə müxtəlif oyunlardan çıxırlar.

Hətta AHİK-in Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi yaradılıb. Bu sistem onlayn şəkildə qeydiyyatdan keçmək və "putyovka" əldə edə bilmək imkanı yaradır. Lakin bura qədəri bər-bəzək, qulağa xoşgələn bəlağətli ifadələrdir. Əslində, AHİK "putyovka" məsələsini yenə biznesə çevirir. Misal üçün onlayn platformadan qeydiyyatdan keçdikdə Bakıda, Nabranda bəzi istirahət mərkəzləri təklif olunur. Onlar da keyfiyyət və xidmət səviyyəsinə görə bir o qədər yaxşı sayıla bilməz. Buna səbəb isə qeyri-rəsmi şəkildə yaxşı kurort yerlərinin AHİK rəhbərliyinə yaxın adamlara verilməsidir. Qurum rəhbərliyində təmsil olunanlar, onların yaxın çevrəsi necə düzüb-qoşurlarsa, onlayn qeydiyyatdan keçərək ən yaxşı istirahət mərkəzlərinə "putyovka" əldə edirlər. Bu barədə verilən xəbərə görə, AHİK-də onlayn rezervasiyasını təşkil edənlər var. Onlar məsələni qeyri-rəsmi formada həll edir, sonra onlayn qeydiyyatdan keçirir. Nəticədə başqalarına ucuz, xidməti aşağı yerlər təklif edilir. Məsələn, vətəndaşlardan biri "Quba Macəra Lake Park" və bu kimi digər daha normal yerlərə göndəriş ala bilmir. Çünki AHİK rəhbərliyi özünküləşdirib. Bu da Sahib Məmmədovun Səttar Möhbalıyevdən qalan "sistemi" davam etdirməsi deməkdir.

Ümumiyyətlə, Həmkarlar İttifaqının mərkəzləşdirilmiş bir sistemi yaradılıb. Bu sistem vasitəsilə vətəndaşların sanatoriyalara yollayışları təmin edilir. Qeydlər isə zənglər vasitəsilə alınır. Dəfələrlə zəng edirsən, bu mərkəzə düşə bilmirsəb. Düşdükdə isə istəyinə uyğun sanatoriyanı təklif etmirlər. Hətta bu barədə APA TV material təqdim edib.

Artıq bir ilə yaxındır ki Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rəhbərliyə gəldiyi gündən qalmaqallı təyinatları, narazılıq doğuran idarəetməsi ilə yadda qalan Sahib Məmmədov öz ətrafına qarşı hədsiz dərəcədə həssas yanaşmaqda davam edir.

Bundan əlavə, 2024-cü ilin noyabrından 2025-ci ilin martına qədər təşkilatdan 500 nəfərə yaxın əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılıb, ixtisara salınıb, işsiz qalıb, təşkilatın 10 idman cəmiyyəti heç bir səbəb olmadan bağlanıb. Lakin qurumdan səs çıxmayıb. Həmçinin

sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıblar.

Bir sözlə, AHİK dəyişikliklərə hamilədir...

Anxeber.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri