Icma.az
close
up
RU
Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır

Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 fevral, Günel Alıyeva, foto Orxan Kərimov, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri bu gün intibah dövrünü yaşayır. Minilliklərdən bu günə qədər uzanan tarixi bağlarımız iki ölkə rəhbərlərinin səmimi münasibətləri sayəsində daha da möhkəmlənir və inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə bildirib. Onun sözlərinə görə, təqdimatı keçirilən Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin Azərbaycan dilinə tərcüməsi Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə ərsəyə gəlib.

“Əsər filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi əsasında hazırlanıb və bu, elmi-mədəni əlaqələrin bariz nümunəsidir”, - deyə o qeyd edib.

Gələcək planlardan danışan Sahib Paşazadə bildirib ki, qarşıdakı dövrdə daha bir neçə kitabın nəşri nəzərdə tutulur. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri və digər qurumlarla əməkdaşlıq barədə memorandumlar imzalanıb.

“Bu kimi təşəbbüslər mədəni əlaqələrə son dərəcə müsbət təsir göstərir. Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi artıq illərdir uğurla çalışır və onun fəaliyyəti nəticəsində yüzlərlə Azərbaycan kitabı özbək dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. Bundan əlavə, Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan mütəfəkkirlərinin adına auditoriyalar açılıb”, – deyə Sahib Paşazadə əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Fevral 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri