Icma.az
close
up
RU
Sahibə Qafarova ATƏT PAnın vitseprezidenti ilə görüşüb

Sahibə Qafarova ATƏT PAnın vitseprezidenti ilə görüşüb

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT PA-nın vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə COP29-un və Parlament Görüşünün uğurla təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bütün ölkələr iqlim dəyişikliyindən təsirlənir və onunla mübarizə bütün tərəflərin ümumi səylərini və cəlbini tələb edir. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.

İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunun vurğulandığı söhbət zamanı iki gün davam edən Parlament Görüşündə milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-dan çox nümayəndə heyətinin iştirak etdiyi xatırladılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, bu, bizim bu prosesdə iştirak etmək niyyətimizi göstərir və görüşün sonunda qəbul olunan yekun sənəd ümumi mövqeyimizi əks etdirir.

ATƏT PA-nın vitse-prezidenti belə mötəbər tədbirə uğurla evsahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Qonağın fikrincə, iqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməli və bu sahəyə diqqət daha da artmalıdır. O, COP29-da qəbul olunmuş qərarların bütün dünya üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracağına inamını ifadə edib.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib.

Spiker Azərbaycanın torpaqlarının 30 ilə yaxın işğal altında qaldığını, artıq keçmişdə qalmış münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun problemi həll edə bilmədiyini söyləyib. Spiker deyib ki, Azərbaycan bunu öz gücü hesabına özü həll edib. Ona görə də ATƏT-in Minsk qrupu artıq öz aktuallığını itirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı qarayaxma və təzyiq kampaniyaları həyata keçirilib. Xüsusilə, COP29 ərəfəsində bu cəhdlər daha da artıb.

Söhbət zamanı spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib. Onun sözlərinə görə, Azərbaycan yaşıl gündəliyi özünün milli inkişaf proqramlarına daxil edib və bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirir.

Görüşdə parlamentlərimizin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see119

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see113

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see112

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see112

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see112

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see111

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri