Icma.az
close
up
RU
Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü

Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələrini əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd edilib. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu var. Spiker Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker Sahibə Qafarovanın cari ilin iyun ayında Belarus Respublikasına rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər məmnunluqla xatırlanaraq, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Tərəflər parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Belarus parlament nümayəndə heyətinin geniş tərkibdə müşahidələr apardığını bildirib və qarşı tərəfə minnətdarlığını ifadə edib. O, bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən soran keçirilən ilk parlament seçkiləri olduğunu diqqətə çatdırıb.

Natalya Koçanova ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın sədrliyi ilə Bakıda COP29 kimi qlobal tədbirin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Belarus Prezidentlərinin COP29 çərçivəsində təşkil olunan tədbirlər zamanı nitqlərini xatırladaraq, qeyd edib ki, dövlət başçılarımız həm tədbirin əhəmiyyəti, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan vəziyyət barədə geniş və obyektiv fikirlərini səsləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see236

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see200

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see199

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see198

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see197

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see197

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see195

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see194

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see191

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see189

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see185

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see181

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see177

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see176

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see176

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see175

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see172

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see171

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see170

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri