Icma.az
close
up
RU
Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76cı Baş naziri Tereza Mey ilə görüşüb

Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76cı Baş naziri Tereza Mey ilə görüşüb

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri Tereza Mey ilə görüşüb

"Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb".

Sonxeber.az xəbər verir ki, Bakıda keçirilən COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdə olan qonağı səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova bu qlobal tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir. Qonaq xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.
Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.

Vurğulanıb ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və təxirəsalınmadan müvafiq addımların atılmasını tələb edir. Milli Məclisin sədri bu kimi vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib. O, təəssüflə qeyd edib ki, tədbirdən əvvəl bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Spiker bunu ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı qısqanc münasibətlə əlaqələndirib.

Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən faktorlardan biri kimi, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib. Sahibə Qafarova özünün Birləşmiş Krallığa rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin qanunvericilik orqanlarımız arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.
Görüşdə gender bərabərliyi və qadın məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova qarşı tərəfə məlumat verib ki, ölkəmizdə qadın məsələlərinə xüsusi önəm verilir. Azərbaycan 1918-ci ildə əksər Qərb ölkələrini də qabaqlayaraq, qadınlara seçmək və seçilmək hüququ verib. O, bu gün ölkəmizdə qadınların yüksək vəzifələrdə təmsil olunduğunu, o cümlədən, parlamentimizdə qadın və gender məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edib.
Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin, ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə

İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitinin təşkili haqqında da məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 15 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri