Icma.az
close
up
RU
Sahibə Qafarova Enaam Mayara ilə görüşdü FOTO

Sahibə Qafarova Enaam Mayara ilə görüşdü FOTO

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, g​​​​örüşdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd edilərək, Bakıda COP29-un təşkil olunması ölkəmizə olan hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib.

Söhbət zamanı, iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Spiker Sahibə Qafarova qonaqlara noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü haqqında da məlumat verib. Onun sözlərinə görə, tədbirdə müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı ilə bu qlobal problemə dair aktual məsələlər müzakirə edilib və parlamentlərimizin vahid mövqeyini əks etdirən yekun sənəd qəbul edilib. Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunu vurğulayaraq, bu Görüşü qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə parlament töhfəsi kimi qiymətləndirib.

Parlament Assambleyasının prezidenti Enaam Mayara Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Söhbət zamanı, Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verib.

Görüşdə həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bu təşkilat arasında mümkün əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri