Sahibə Qafarova: İşğaldan azad edilmiş bölgələr bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"8 Noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub".
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Vətən müharibəsində əldə edilən Zəfərin hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli ruhumuzun dirçəlişini ifadə edir:
"Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət hissindədir. Son illərin hadisələri də göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını bərpa etməyə qadirdir".
Spiker vurğulayıb ki, işğaldan azad edilmiş bölgələr bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır:
"Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı və Şərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirib".
"Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqları başlanıb. Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyü prinsiplər əsasında aparılıb. Avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun mərhələsini təşkil edib. Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb. İnamla söyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaq", - deyə o əlavə edib.
Mərahim Nəsib
 Baxış sayı:45
Baxış sayı:45 Bu xəbər 31 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















