Icma.az
close
up
RU
Sahibə Qafarova Monteneqroya səfərindən DANIŞDI

Sahibə Qafarova Monteneqroya səfərindən DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında may ayının 6-dan 8-dək Monteneqroya işgüzar səfəri haqqında məlumat verib.

Redaktor.az xəbər verir ki, onun sözlərinə görə, səfərdə məqsəd həmin ölkənin Budva şəhərində keçirilən Aralıq Dənizi Parlament Assambleyasının üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin 1-ci Sammitində və Assambleyanın 20-ci plenar sessiyasında iştirak etmək idi.

"Qeyd edim ki, bu nüfuzlu beynəlxalq parlament məclisi Avropa-Aralıq dənizi və Körfəz ölkələrinin 34 parlamentini birləşdirir. Təşkilatın fəaliyyəti təhlükəsizlik, iqtisadi inteqrasiya, dinlərarası dialoq və digər məsələlərin həllinə kömək göstərməyə yönəlmişdir.

Xüsusi vurğulamaq istərdim ki, son bir ildə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu təşkilat arasında əlaqələr sürətlə inkişaf etmiş, müxtəlif qarşılıqlı səfərlər və görüşlər həyata keçirilmişdir.

Bu ilin yanvar ayında Aralıq Dənizi Parlament Assambleyası Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və Milli Məclisə müşahidəçi statusu verməyi təklif etmişdir. Və xüsusi qeyd etmək istərdim ki, bu məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisinin parlament diplomatiyasında fəal rolunu, beynəlxalq parlament təşkilatları ilə səmərəli əməkdaşlığını bariz şəkildə əks etdirir.

Qeyd edim ki, tədbir çərçivəsində təşkil olunmuş mərasim zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Parlament Şəbəkəsinin sədri kimi mən və  Aralıq Dənizi Parlament Assambleyasının prezidenti cənab Culio Çentemero imzaladıq.

Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi.

Parlament sədrlərinin 1-ci sammitində parlament diplomatiyası ilə bağlı məsələlər müzakirə olundu.  

Etdiyim çıxışda mən qeyd etdim ki, parlament diplomatiyası etibarlı, inklüziv olmalı və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Bildirdim ki, Azərbaycan Milli Məclisi çoxtərəfli parlament platformaları çərçivəsində iş birliyinə xüsusi önəm verir. Biz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edirik. Xatırlatdım ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü ilə yaranması və təşkilatın fəaliyyəti də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir".

Spiker səfər çərçivəsində Monteneqro parlamentinin sədri cənab Andrija Mandiç ilə görüşü barədə də danışdı:

Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında parlamentlərarası təmasların mühüm rolu qeyd olundu və biz qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi apardıq.

Hesab edirəm ki, Monteneqroya işgüzar səfər uğurlu oldu".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri