Icma.az
close
up
RU
Sahibə Qafarova MSK nın yeni tərkibindən DANIŞDI

Sahibə Qafarova MSK nın yeni tərkibindən DANIŞDI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatmışdır. Və “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən Milli Məclis komissiyanın yeni tərkibini formalaşdırmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 27 aprel 2026-cı il tarixli plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün namizədlikləri aşağıdakı qaydada təqdim edilməlidir:

"6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən;

6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən;

6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən.  

Bununla birlikdə, hörmətli həmkarlar, Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir". 

Spiker bildirib ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib.

"Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları – Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.

Mərkəzi Seçki Komissiyasının üzvlüyünə hörmətli namizədlər buradadırlar.

Onu da qeyd edim ki, hörmətli həmkarlar, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb", - deyə S.Qafarova qeyd edib.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri