Icma.az
close
up
RU
Sahibə Qafarova İspaniyaya səfərindən DANIŞDI

Sahibə Qafarova İspaniyaya səfərindən DANIŞDI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 23-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, iclası açan parlamentin spikeri deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti mayın 19-da və 20-də isə İspaniya Krallığında rəsmi səfərdə olub. Səfər çərçivəsində İspaniya Parlamenti Senatının sədri Pedro Rollan və Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə ayrılıqda görüşlər keçirilib.

Sahibə Qafarova qeyd edib ki, həmkarlarla söhbətlər zamanı Azərbaycan–İspaniya münasibətlərinin indiki vəziyyətindən,  o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bakıda keçirilmiş COP29 Konfransında İspaniya Hökumətinin Sədri Pedro Sançezin və parlament üzvlərinin Azərbaycana səfərlərinin əhəmiyyəti  qeyd olunub.

Bildirilib ki, görüşlər çərçivəsində parlamentlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahələrində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı vurğulanıb.

Diqqətə çatdırılıb ki, görüşlərdə Cənubi Qafqazda mövcud vəziyyət barədə danışılıb. Azərbaycan–Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə həmsöhbətlərə geniş məlumat verilib.

Qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova İspaniyaya rəsmi səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri