Icma.az
close
up
RU
Sahibə Qafarova SanktPeterburqda ÇIXIŞ ETDİ

Sahibə Qafarova SanktPeterburqda ÇIXIŞ ETDİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib.

Modern.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

MDB PA-çərçivəsində keçirdiyi görüşlərdə və çıxışlarında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında geniş məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası Assambleyanın plenar iclasında bir daha bu mövzuya toxunub.

O, xatırladıb ki, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və digər şəxslərin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaq üzrədir. Yekdilliklə ev sahibi ölkə kimi seçilən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ümumi yanaşmalara nail olmaq üçün bütün səylərini göstərib. COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Parlamentlərin də bu prosesə öz töhfələrini verdiyini söyləyən Sahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digər beynəlxalq strukturların 90-dan çox nümayəndə heyətinin iştirakı ilə Parlament İclasının keçirildiyini xatırladıb. Milli Məclisin sədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə bizim ümumi mövqelərimizin ifadəsi idi.

MDB Parlamentlərarası Assambleyasının öz fəaliyyətinin beynəlxalq istiqamətini fəal şəkildə inkişaf etdirdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bu fəaliyyətin praktiki həyata keçirilməsi formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin  Parlament Forumunun plenar sessiyasının keçirilməsi olub.

Çıxışında Sahibə Qafarova həmçinin vurğulayıb ki, Parlamentlərarası Assambleyanın əsas fəaliyyət istiqamətlərindən biri MDB üzvü olan dövlətlərdə keçirilən seçkilərlə bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. O, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin monitorinqi zamanı görülmüş işlərə görə Assambleyanın müşahidəçilər qrupuna minnətdarlığını ifadə edib.

Çıxışda MDB PA-ya üzv dövlətlərin Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına əməl olunmasının inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutun, o cümlədən onun 2007-ci ildən fəaliyyət göstərən Bakı filialının fəaliyyəti və töhfələri də diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri