Sahibkar obyektinin önündəki səkini parkinqə çevirdi; icra hakimiyyəti araşdırma başlatdı FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda sahibkarlardan birinin qeyri-adi qanunsuzluğu şəhər əhalisinin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonu Afiyəddin Cəlilov küçəsində səki kəsilərək parklanma ərazisinə çevrilib. Maraqlısı odur ki, göydələnin qarşısından keçən mobillik zolağının sağ tərəfində belə bir parkinqin yaradılması özü ilə yeni təhlükələr yaradır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə uzun müddət əvvəl həmin hissədə geniş səki vardı və sonradan bardürlərin və səki daşların söküntüsünə başlanılıb. Artıq bu gün səkinin bir hissəsi kəsilib və asfaltlanaraq parkinq ərazisinə çevrilib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, yayılan görüntülər əsasında araşdırma aparılaraq hüquqi qiymət veriləcək.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















