Sahibkara məxsus kafe yandı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın məlumatına görə, kənd sakini Mustafa Məmişova məxsus, ümumi sahəsi 80 m² olan kafedə yanğın baş verib. Yanğının genişlənərək ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində kafenin dam örtüyünün yanar konstruksiyaları tam yanıb. Yanğın kafeyə bitişik tikilən, Əfqan Əliyevə məxsus ümumi sahəsi 204 m² olan tikiliyə də keçib.
Tikilinin bir otağının 18 m²-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)
Baxış sayı:73
Bu xəbər 10 Avqust 2025 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















