Icma.az
close
up
RU
“Sahibkarlar 1 VÖEN yerinə 5 VÖEN lə işləyir” SƏBƏBLƏR

“Sahibkarlar 1 VÖEN yerinə 5 VÖEN lə işləyir” SƏBƏBLƏR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bizdə sıfırdan yeni Vergi Məcəlləsi yazılmalıdır. Hazırki Vergi Məcəlləsi yamaq-yamaqdır. Məcəllədə son 6-7 il ərzində minə yaxın əlavələr və dəyişikliklər qəbul olunub. Azərbaycanda daha sadələşdirilmiş bir Vergi Məcəlləsinə ehtiyac var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, hazırda ölkəmizdə vergi növləri həddən artıq çoxdur:

“Bizdə sıfırdan yeni Vergi Məcəlləsi yazılmalıdır. Hazırkı Vergi Məcəlləsi yamaq-yamaqdır. Məcəllədə son 6-7 il ərzində minə yaxın əlavələr və dəyişikliklər qəbul olunub. Azərbaycanda daha sadələşdirilmiş bir Vergi Məcəlləsinə ehtiyac var. Təkcə kiçik və orta sahibkarıq üçün yox, ümumiyyətlə hər kəs üçün sadələşdirilmiş olmalıdır. Bizdə həddən çox vergi növləri var. Vergilərin hesablanma qaydaları qəlizdir. Bütün bunlar sadələşdirilməlidir. Mən təklifim hər zaman belə olub ki, ölkədə iqtisadiyyat müəyyən sahələrə ayrılmalıdır. Həmin sahələrdə çalışanların dövriyyəsinə görə vergi hesablanmalıdır. Bu çox sadə və optimal yoldur. Hətta orta sahibkar üçün ayrıca mühasib saxlamağa belə ehtiyac qalmaz. İndi bizdə vergilər o qədər yüksəkdir ki, insanlar çalışır ki, mümkün qədər az vergi ödəsin. Elə bir sistem qurulmalıdır ki, iş adamlarından vergidən yayınmaq sərf etməsin”. 

Ekspert qeyd edib ki, büdcənin formalaşmasında kiçik və orta sahibkarlığın çəkisi 7 faizi keçmir:

"Məsələn, 200 min manatlıq limitlə bağlı bu illər ərzində dəhşətli dərəcədə çoxlu limit yaranırdı. İnsanlar o limiti aşmamaq üçün öz qohumunun, dostunun, tanışının, ailə üzvlərinin adına da ayrıca VÖEN-lər açırdı və dövriyyəsini bölürdü. Nəticə etibarı ilə, burada qeyri-real bir mənzərə yaradırdı. İqtisadiyyat Nazirliyi hər il deyirdi ki, VÖEN-lə çalışanların və kiçik sahibkarların sayı artır. Bəli, formal olaraq artırdı. Amma ona görə artırdı ki, dövriyyəni keçməmək üçün insanlar 1 VÖEN yerinə 5 VÖEN-lə işləyirdi. Bunun isə heç bir məntiqi yox idi. Ona görə də Azərbaycanda sadələşdirilmiş Vergi Məcəlləsinə mütləq şəkildə ehtiyac var. Bizdə kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı payının artırılması əsas hədəf kimi götürülməlidir. Bizim iqtisadiyyatda kiçik və orta sahibkarlığın payı çox aşağıdır. Büdcənin formalaşmasında onların çəkisi 7 faizi keçmir. İnkişaf etmiş ölkələrdə bu 55-60 faizdir. Gürcüstanın özündə belə 50 faiz civarındadır. Bunu biz hədəf kimi qoysaq, vergilər həm aşağı salınmalı, həm də sadələşdirilməlidir. Eyni zamanda yeni Vergi Məcəlləsi qəbul olunmalıdır”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri