Icma.az
close
up
RU
“Məhsulların rəqabət qabiliyyətinin zəif olması, ümumi gəlirliliyin aşağı səviyyədə qalması əməkhaqqı artımına imkan vermir”

“Məhsulların rəqabət qabiliyyətinin zəif olması, ümumi gəlirliliyin aşağı səviyyədə qalması əməkhaqqı artımına imkan vermir”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Parlamentdə minimum əməkhaqqı məsələsi müzakirə olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı danışıb. “Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunun 3.1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”, – nazir bildirib.Minimum əməkhaqqının 300 manatdan 400 manata artırılması sosial rifaha, iqtisadiyyata necə təsir göstərir? İndiki zamanda minimum 400 manat əməkhaqqı ilə 10-12 il əvvəl alınan əməkhaqqını müqayisə etmək nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, 2026-cı ildə əlavə artım nəzərdə tutulmur: “Minimum əməkhaqqı keçən il 350 manatdan 400 manata qaldırıldı. Nazirlər o rəqəmləri daha təsirli göstərmək üçün bunu rəqəmlərlə vurğulayır. Əgər 20 il əvvəlki göstəricilərlə müqayisə aparıb “əməkhaqqını 200 dəfə artırmışıq” desəydi, bu daha "effektiv" görünərdi.

2025-ci ilin yanvarın 1-dən minimum əməkhaqqı 400 manat olaraq qüvvəyə minəcək və 2026-cı ildə əlavə artım nəzərdə tutulmur. Gələn il üçün yaşayış minimumu 300 manat, əmək qabiliyyətli şəxslər üçün isə 317 manat müəyyən edilib. Bu o deməkdir ki, hökumət minimum əməkhaqqının artırılmasına ehtiyac görmür”.

Xalid Kərimli

Minimum əmək haqqının qaldırmağın problemi nədir?

“Burada əsas problemlərdən biri budur ki, minimum əməkhaqqı yalnız dövlət sektoru üçün deyil, bütün iqtisadiyyat üçün tətbiq olunur. Yəni bu artım özəl sektorda fəaliyyət göstərən sahibkarlar üçün də məcburidir. Bir çox hallarda isə sahibkarlar onsuz da minimal əməkhaqqı verməkdə çətinlik çəkirlər. Özəl sektorda olan sahibkarlarımızın vəziyyəti bu qədər pisdir. Bəzi sahələrdə işçilərin rəsmi maaşının yalnız bir hissəsi minimum əməkhaqqıdır və onu ödəməkdə çətinlik çəkən sahibkarlar çoxdur. Digər tərəfdən, minimum əməkhaqqının artırılması sosial sığorta və vergi öhdəliklərinin də artması deməkdir. Bir çox sahibkar bu öhdəliklərdən yayınmaq üçün maaşları qeyri-rəsmi verir. Rəqəmlər artdıqda isə onlar ya işçilərin sayını azaldır, ya da əməkhaqqını azaltmağa məcbur qalırlar. Bu isə nəticə etibarilə həm işçilərin rifahına, həm də iqtisadi sabitliyə mənfi təsir göstərir.

İqtisadiyyatın durumu, xüsusilə də məhsulların rəqabət qabiliyyətinin zəif olması, ümumi gəlirliliyin aşağı səviyyədə qalması əməkhaqqı artımına imkan vermir. Hökumət bunu məcburi surətdə qaldırsa, inflyasiya ola bilər. Sahibkarlar iş yerini bağlaya bilər. Çünki təəssüf ki, hazırda 400-450 manat əməkhaqqı ilə işləyən insanların sayı az deyil” – deyə iqtisadçı ekspert Xalid Kərimli qeyd edib.

Hökumət ən azından nə edə bilər?

“Minimal əməkhaqqını vergidən azad edə bilər: Bunu olduqca ağıllı və faydalı bir fikir hesab edirəm. Heç olmasa, minimum əməkhaqqı alan vətəndaşlardan gəlir vergisi tutulmasın. Bu, özlüyündə böyük bir sosial dəstək sayıla bilər.

Hazırda minimal əməkhaqqı alan şəxslərdən həm gəlir vergisi, həm də bütün icbari sosial ödənişlər - pensiya, tibbi sığorta və digər haqlar tutulur. Əlbəttə, bu ödənişlər müəyyən mənada vətəndaşın faydalandığı məsələlərdir. Lakin vergilər, xüsusilə gəlir vergisi, birbaşa vətəndaşın gəlirini azaldır. Ən azı minimum əmək haqqından gəlir vergisinin götürülməsi və digər bəzi ödənişlərdə güzəştin tətbiqi sosial vəziyyəti az da olsa, yüngülləşdirə bilər.

Amma ümumilikdə minimal əməkhaqqının aşağı səviyyədə qalması ölkə iqtisadiyyatının real durumunu əks etdirir. Bu, əmək bazarının zəifliyindən, yeni və yaxşı iş yerlərinin açılmamasından, işçi lehinə rəqabətin olmamasından xəbər verir. Əmək bazarında dinamik inkişaf yoxdursa, təbii ki, əməkhaqqı artımı da mümkünsüz olur”, – deyə iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri