Icma.az
close
up
RU
Sahibkarlar üçün kredit təminatı və faiz subsidiyası mexanizmi təkmilləşdirilib

Sahibkarlar üçün kredit təminatı və faiz subsidiyası mexanizmi təkmilləşdirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İpoteka və Kredit Zəmanət Fondunun bu istiqamətdəki səlahiyyətləri “Azərbaycan Biznesinin İnkişafı Fondu”na verilib

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinə bəzi dəyişikliklər edilib və qaydalar təkmilləşdirilib. Dəyişikliklər sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin vahid əsaslarla verilməsini, daha səmərəli subsidiya təminatını və bu sahədə institusional tənzimləmənin təkmilləşdirilməsini nəzərdə tutur. Məqsəd sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi və biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsidir.

Yeni qaydalara əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara manatla verilən kreditlər üzrə təminat və həmin kreditlərə hesablanmış faizlər üzrə subsidiyaların çatdırılması bundan sonra İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunacaq. Yəni biznesin kreditlərə görə, subsidiya təminatı səlahiyyətləri yeni dövlət orqanına verilib. Qərar işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkənin digər regionlarında tətbiq olunacaq.

Elektron kredit və zəmanət sisteminin tətbiqi genişlənəcək

Fərman qüvvəyə mindiyi tarixədək sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsi, habelə öhdəliklərin icrası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin ediləcək. Sonrakı mərhələdə artıq həmin funksiyaları “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC yerinə yetirəcək.

Qeyd edək ki, biznes üçün nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13  faiz təşkil edir, Təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənədək həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçiriləcək. Ancaq bununla yanaşı, “Elektron kredit və zəmanət” informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi üçün müvafiq qurumlara 3 ay müddətində zəruri tədbirlər görmək tapşırılıb.

Dövlət başçısının fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasının tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsi də nəzərdə tutulur. Belə ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

2018-ci ildən yaradılmış maliyyə zəmanəti

Qeyd edək ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqlarını İpoteka və Kredit Zəmanət Fondu həyata keçirib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici  rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırıb. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirməsi təmin edilib. İndiyə qədər zəmanət və subsidiya üzrə verilmiş kreditlərin məbləği 700 milyon manatı ötüb.

Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min - 5 milyon manat civarında təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsi

Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.

Bu baxımdan kreditlərə təminat verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üzrə yeni mexanizmlərin yaradılması, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi və biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsi maliyyə vasitəçiliyini daha da yaxşılaşdıracaq. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib ki, “Azərbaycan Biznesinin İnkişafı Fondu” biznes kreditləşməsi prosesində daha çevik rol oynaya bilər.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri