Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Sahibkarların sənaye zonalarına marağı artır

Sahibkarların sənaye zonalarına marağı artır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Sahibkarlıq subyektlərinin 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Eyni zamanda, Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər biri üzrə 1 olmaqla, ümumilkdə, 3 sahibkarlıq subyekti isə qeyri-rezidentlik statusu alıb.

Qeydiyyatdan keçən investorlar sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçirəcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası quracaq.

Sənaye zonalarının inkişafı məqsədilə yaradılan əlverişli şərait bu istehsal müəssisələrində buraxılan məhsulun ixracını da şərtləndirib. Məsələn, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Yunanıstana iki başlı suvarma hidrantların ixracı həyata keçirilib. Şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərilib.

Qeyd edək ki, 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “Azertexnolayn” MMC müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, eləcə də xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir.

Xatırladaq ki, Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri qeyri – neft sektorunun inkişaf etdirilərək dayanıqlı və inklüziv iqtisadi artıma nail olmaqdır. Bu məqsədlə həyata keçirilən islahatlar çərçivəsində iqtisadi fəallığın artırılması, yerli istehsalın gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm addımlar atılır. Xüsusilə sənaye parklarının yaradılması və bu parkların müasir istehsalat infrastrukturuna malik olması ölkənin sosial – iqtisadi inkişafına mühüm töhfələr verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sənayeləşmə siyasəti məqsədyönlü şəkildə həyata keçirilir. Bu siyasətin əsas istiqamətlərindən biri kimi sənaye parklarının təşkili, onların infrastrukturla təmin olunması və rezidentlərin cəlb edilməsi prosesi son illərdə böyük vüsət alıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir və Pirallahı sənaye parkları, eyni zamanda, Neftçala, Masallı, Sabirabad və Hacıqabul sənaye məhəllələri qeyri-neft sektorunda çoxsaylı istehsalat müəssisələrinin fəaliyyət göstərdiyi əsas mərkəzlərə çevrilib.

Sənaye parklarında fəaliyyət göstərən müəssisələr yüksək texnologiyalara əsaslanan, müasir avadanlıqlarla təchiz olunan istehsalat sahələri ilə seçilir. Bu isə yerli məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında istehsal edilən plastik, gübrə, mis və elektrik avadanlıqları təkcə daxili tələbatı ödəməklə kifayətlənmir, həm də bir sıra Avropa və Asiya ölkələrinə ixrac olunur. Bu proses ölkəmizin ixrac strukturunda qeyri – neft sektorunun payını artırmaqla yanaşı, xarici valyuta daxilolmalarını da yüksəldir.

Sənaye parklarının ölkə iqtisadiyyatına verdiyi ən mühüm töhfələrdən biri də məşğulluğun artırılmasıdır. Hər bir park və sənaye məhəlləsi onlarla müəssisəni özündə birləşdirir və minlərlə vətəndaş üçün daimi iş yeri yaradır. Dövlət tərəfindən dəstəklənən bu layihələr xüsusilə regionlarda işsizlik probleminin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu isə, öz növbəsində, sosial sabitliyin möhkəmlənməsinə və regionların tarazlı inkişafına xidmət edir.

Sənaye parklarında investorlar üçün yaradılan əlverişli şərait – vergi güzəştləri, hazır infrastruktur, sürətli qeydiyyat prosedurları və dövlət dəstəyi sahibkarların marağını daha da artırır. Bu mühit xarici investisiyaların da cəlb olunmasını stimullaşdırır. Son illərdə bir sıra beynəlxalq şirkətlər Azərbaycanda sənaye parklarına sərmayə yatıraraq istehsalat qurublar ki, bu da ölkənin sənaye bazasını daha da şaxələndirir.

Əlverişli istehsalat mühiti ilə yanaşı, sənaye parklarında rəqəmsallaşma və “yaşıl” texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır. Bu sahələrdə aparılan yeniliklər istehsal proseslərinin səmərəliliyini artırmaqla yanaşı, ekoloji təhlükəsizliyi də gerçəkləşdirir. Ekoloji təmiz texnologiyaların tətbiqi, tullantıların azaldılması və enerji səmərəliliyi üzrə görülən tədbirlər müasir sənaye fəlsəfəsinə uyğun inkişafa xidmət edir.

Ümumilikdə, Azərbaycanda sənaye parklarının inkişafı təkcə iqtisadi fəallığın artırılması baxımından deyil, həm də regionlarda sosial rifahının yüksəldilməsi, texnoloji yeniliklərin təşviqi, yerli istehsalın dəstəklənməsi və qeyri – neft ixracının genişləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahəyə davamlı dəstəyi və strateji yanaşması yaxın illərdə sənaye parklarının daha da genişlənəcəyinə, yeni iş yerlərinin açılacağına və Azərbaycanın qeyri – neft sektorunun daha da güclənəcəyinə zəmin yaradır.

Ölkə iqtisadiyyatının, qeyri – neft sektorunun inkişafına xüsusi dinamizm gətirən sənaye parklarında innovativ və yüksək texnologiyaların tətbiqi, dövlət tərəfindən müxtəlif stimullaşdırıcı layihələrin həyata keçirilməsi daim diqqətdə saxlanılır. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad olunublar. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar da istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalına görə 10 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər.

Bununla yanaşı, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.

Sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes platformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Belə ki, sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlıq subyektləri “Plug and Play” prinsipindən yararlanmaqla sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri