Icma.az
close
up
RU
Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir Ekspert rəyi

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir Ekspert rəyi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir. Son dövrlər İslam maliyyəsi məhsulları təqdim olunur. Bu məhsullara müraciətlərin formasına və tərkibinə nəzər saldıqda belə nəticəyə gəlmək olar ki, bu marağın bir neçə istiqaməti var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, insanlar İslam maliyyəsi dedikdə bunun faizsiz olduğunu düşünürlər.

“Bununla yanaşı, elə düşünənlər də var ki, burada yardım göstərilir və ya vəsaiti aldıqdan sonra ödənişi istədiyin vaxt gecikdirmək mümkündür. Həmçinin bəzi insanlar düşünürlər ki, dindar olduqları halda onlara vəsait veriləcək. Son dövrlər müraciət edənlərin içərisində elə düşünənlər var ki, özləri aldıqları krediti İslam maliyyəsi hesabına bağlasınlar. Yəni maraq daha çoxdur. Bununla yanaşı, ciddi maraqlar da var. Bu maraqları qarşılayacaq hələlik “Murabaha” alətidir. Amma İslam maliyyəsi ilə bağlı digər alətlər, o cümlədən “Salam”, “İcаrə” kimi alətlərin də inkişafına ehtiyac var. Çünki müraciətlərin əksəriyyətində məhz bu alətlərə uyğun gələn layihələr çoxluq təşkil edir”, - deyə ekspert qeyd edib.

Ruslan Atakişiyev sözlərinə görə, marağın zəif olduğu istiqamətlərdən biri açılmış İslam maliyyəsi alətlərinə pul qoyuluşlarıdır: “Bu gün hələ də gözlənilən qədər pul yığılmır, pul qoyuluşu etməkdə maraq azdır. Çoxları elə bilir ki, mənfəətə görə ortaqlıqda zərər edə bilərlər. Düşünürlər ki, zərər etməsinlər, bank faizi kimi mənfəət götürsünlər. Burada informasiya məhdudluğu da var. Təxminən ortaqlıq payı 80-20 nisbətində təklif olunsa da, bugünkü bazarda bu göstərici 8-9 faizə gəlib çıxır. İkincisi də, bu gün 100 min manata qədər verilən vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bəziləri hələ də İslam maliyyəsi alətlərinin tam şəkildə İslam şəriətinə uyğunluğuna şübhə edirlər.

Hesab edirəm ki, cəmiyyətin bu sahəyə marağı davam etdirilməlidir. Özümüzün apardığımız maarifləndirmə tədbirlərinin nəticəsində görürük ki, gələnlər əvvəlcə şübhə ilə yanaşırdılarsa, görüşün sonunda artıq İslam maliyyəsi alətlərinə maraqları artır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri