Icma.az
close
up
RU
Sahibkarlığın Qarabağa qayıdışı: Hansı problemlər var?

Sahibkarlığın Qarabağa qayıdışı: Hansı problemlər var?

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən sosial-iqtisadi proqram, nəinki ölkəmizi, dünya ictimaiyyətini böyük mənada təəccübləndirməkdə davam edir.
Böyük Qayıdış proqramını şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov AzVision.az -a müsahibəsində vurğulayıb ki, Azərbaycan bu təəccübü 44 günlük müharibədə sürət, keyfiyyət və peşəkarlıq baxımından bu təəccübü yaşatdığı kimi, ötən 5 il ərzində də iğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərindəki parametrlər üzrə də performans sərgiləyir.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramını Şərqi Avropada və Yaxın Şərqdə postkonflikt dönəmində bərpa və quruculuq işlərini həyata keçirən ölkələrin fəaliyyəti ilə müqayisə etdikdə, tam mübağiləsiz demək olar ki, heç bir dövlət sürət, real kəmiyyət və keyfiyyət göstəriciləri baxımından Azərbaycan qədər belə ölçüdə layihələrə imza atmayıb.
Qısa müddət ərzində minalardan kütləvi təmizlənmə işləri, yol, qaz, enerji və digər infrastruktur layihələrinin böyük ölçüdə icra olunması, yaşayış məntəqələrinin salınması, bura köçüşün başlanması və məğulluğun təmin olunması, hava limanlarının salınması və digər böyük işlər sözün həqiqi mənasında zaman kəsiyi, əhatə dairəsi və sistemlilik baxımından digər ölkələrə örnək ola biləcək səviyyədə təmin edilib.
- Sizcə, “Böyük Qayıdış” layihəsi çərçivəsində özəl biznesin iştirakı hansı səviyyədədir və bu iştirak səviyyəsi qənaətbəxşdirmi?
- Hazırda işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərində təbii ki, özəl sektorun və özəl biznesin rolu var. Lakin bu gün dövlətlə özəl sektorun arasındakı rolun pay çəkisinə baxdıqda dövlətin rolu birmənalı şəkildə üstünlük təşkil edir. İcra olunan layihələrin də böyük əksəriyyəti dövlət investisiya layihələridir. Məhz buna görə də, indiyə qədər bu torpaqlarda 22 milyard manat məbləğində dövlət vəsait xərclənib.

Qarşıdakı dönəmdə, minalar təmizləndikcə, dövlət tərəfindən əsas infrastruktur şəraiti yaradıldıqca, özəl sektorun burada inkişaf etdirilməsi üçün mühitin formalaşması və bizneslərin inkişafı üçün daha münbit şərait yaradılacaq. Özəl sektorun burada işinin qurulması və dəstəkləyici mühitin yaradılması üçün dövlət tərəfindən kompleks addımlar atılırmı? Bəli, birmənalı şəkildə atılır.
Ən önəmli addım kimi burada olan böyük güzəştlər paketini misal gətirə bilərik. Dövlətin burada fəaliyyət göstərən subyektləri gömrük daxilolmalarından, gömrük və vergi ödənişlərindən, kommunal xərclərdən azad etməsi, eyni zamanda, sənaye zonaları vasitəsi ilə hazır infrastrukturu buradakı sahibkarlıq subyektlrəinə təqdim etməsi bunun bariz nümunəsidir. Lakin birmənalı şəkildə qeyd etmək istəyərdim ki, işğaldan azad olunmuş ərazilərimizdə dövlətlə özəl sektor arasındakı xüsusi çəki nisbətində dövlət böyük üstünlüyə malikdir. Amma hesab edirəm ki, qarşıdakı dönəmdə məhz bu bölgünün özəl sektor üzrə artmasına ehtiyac var və böyük ehtimalla artacaq da. Çünki sülh müqaviəsinin bağlanmasından sonra biz orada bir başqa atmosferi görə biləcəyik.
- Özəl biznesin “Böyük Qayıdış” layihəsi çərçivəsində aparılan işlərə, həyata keçirilən tədbirlərə cəlb olunması üçün dövlət hansı addımları atıb və indən sonra nələri etməlidir?
- Özəl sektorun işğaldan azad olunmuş ərazilərdə xüsusi çəkisinin artması və onun burada fəaliyyətinin stimullaşdırılması üçün dövlət müxtəlif sistemli addımlar atır, müxtəlif güzəşt paketləri var, müxtəlif təşviqedici alətlərdən istifadə olunur. Çünki əhalinin köçməsindən sonra burada dayanıqlı məşğulluğun təmin olunması üçün sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, genişlənməsi və inkişaf etdirilməsi son dərəcə önəmlidir.
Bu kontekstdə, burada özəl biznes sahələrinin getdikcə genişlənməsində dövlət də maraqlıdır. Hazırkı məqamda müəyyən güzəştlər olunsa da, düşünürəm ki, müəyyən istiqamətlərdə daha da optimallaşdırmaya ehtiyac var. Eyni zamanda, dəstək mexanizmindən daha çox onların fəaliyyətə başlaması üçün mövcud prosedurların təkmilləşdirilməsinə ehtiyac duyulur.
“Bir pəncərə” sisteminin tətbiqi burada fəaliyyətə başlamaq istəyən sahibkarlıq subyektləri üçün daha əlçatan mühit formalaşdırmış olardı. Çünki hazırda burada fəaliyyət göstərmək istəyən sahibkarlar bir neçə prosesdən keçir, bir instansiyaya yox, bir neçə bir neçə istiqamətə müraciət edir və yaxud da, həmin istiqamətdən dolayı dövlət qurumlarının bu və ya digər formada razılığına, icazəsinə və müdaxiləsinə ehtiyac yaranır. Amma “bir pəncərə” sisteminin tətbiqi, həmçinin sözügedən çərçivədə ayrı-ayrı dövlət qurumlarının mövcudluğu, habelə alternativ variantların hazırlanaraq kompleks şəkildə təqdim edilməsi, məncə, bu ərazilərimizdə sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması dinamikasını daha da yüksəltmiş olar.
- Özəl sektorun Böyük Qayıdış Proqramına cəlb edilməsində hansısa əngəllər varmı və bunlar varsa, onların aradan qaldırılması üçün hökumət hansı addımları atmalıdır?
- Hazırda işğaldan azad olunmuş torpaqlarımızda özəl təsərrüfat subyektlərinin fəaliyyətə başlaması üçün hər hansı ciddi bir problemin olduğunu düşünmürəm. Amma mövcud prosedurların sadələşdirilməsinə və optimallaşdırılmasına ehtiyac var. Promlem isə, əgər varsa, yalnız kadr çatışmazlığı sahəsində ola bilər. Eyni zamanda, sözügedən prosedurların müəyyən qədər vaxt aparmasını qeyd emək olar.
Kadr potensialı məsələsini xüsusi vurğulayardım. Çünki işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi, habelə ən müasir tələblərə cavab verən ağıllı şəhər, ağıllı kənd, yüksək səviyyəli dünya standartlarına uyğun infrastrukturun yaradılması üçün ən peşəkar kadrlara ehtiyac var. Ən peşəkar kadrların orada fəaliyyət göstərməsi üçün isə, həmin ərazilərdə əlavə motivasiyaedici dəstək mexnaizmləri mövcud olmalıdır.
Etiraf edək ki, bu gün həmin əraizlərdə işləmək peşəkar kadrlarımızın çoxu üçün sərfəli deyil. Çünki onların ailələri və uşaqları paytaxtda və ya ölkəmizin böyük şəhərlərində yaşayır, işləyir və oxuyurlar. Onların bütün həyatı paytaxtda qurulduğundan ailələrini burada qoyaraq, işğaldan azad edilmiş ərazilərdə ailəsindən kənarda fəaliyyət göstərməsi və yaxud ailəsini də ora aparması əlavə xərclər yaradır. Həm də, sahibkarın paytaxtdakı işi azad olunmuş ərazilədrədki fəaliyyətindən daha çox mənfəət gətirir.
Ona görə də, peşəkar kadrların, maliyyəçilərin, mühəndislərin, texnoloqların və digər mütəxəssislərin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət nəticəsində götürdüyü gəlir paytaxtda qazandıqları vəsaitdən daha az olur. Ayrı-ayrı mütəxəssislərlə danışdıqlarda da belə məsələlər qabardılır. Doğrudur, qeyd etdiyim kadrlara dövlət tərəfindən müəyyən güzəştlər mövcuddur. Amma, düşünürəm ki, bu güzəştlərin daha da artırılmasına, sistemli şəkildə stimullaşdırıcı addımların daha yüksələn xətlə formalaşmasına ehtiyac var.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Qazaxıstanlı atlet Asiya Oyunlarının qızıl medalından məhrum edildi

29 Sentyabr 2026 00:32see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Xərçəng və diabetdən belə qorunun...

29 Sentyabr 2026 01:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri